Baş Prokurorluq terrorçuluğun maliyyələşdirilməsində ittiham olunan iki şəxsə qarşı cinayət işi açıb

Azərbaycan Baş Prokurorluğu iki şəxsə qarşı terror çağırışı və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət işi açıb.
"İstintaq və əməliyyat tədbirləri zamanı məlum oldu ki, Qalib Məmmədov 2015-2017-ci illərdə Azərbaycanda başqalarının əmlakının mənimsənilməsi ilə bağlı cinayətlər törədib. Baş vermiş cinayətlərə görə cəzalandırılmamaq üçün Məmmədov Almaniyada sığınacaq alıb, oradan Azərbaycanda terror aktlarına çağırışlar edib", - deyə Baş Prokurorluq bildirir.
"İstintaq müəyyən etdi ki, Məmmədov əvvəllər konkret cinayətlərdə ittiham olunan bir qrup şəxslə sui-qəsd hazırlayaraq, 2019-cu ildə sosial şəbəkələr vasitəsilə video yayaraq tərəfdarlarını Azərbaycanda keçirilən kütləvi aksiyalar zamanı hökumətin və polisin yüksək vəzifəli şəxslərinə qarşı terrordan istifadə etməyə çağırıb" , - deyə bəyanatda vurğulanır.
İstintaqa İnternet vasitəsi ilə terror aktlarına dair çağırışlarla bağlı müraciətlərin Məmmədova etibarlı insanlar, o cümlədən Niyaməddin Əhmədovun yaxın tanışı tərəfindən göndərildiyi məlum olub. Öz növbəsində, Əhmədov göndərilən pulların terrorçuluğu maliyyələşdirmək üçün istifadə olunacağını bilsə də, onları müxtəlif ünvanlarda qəbul edib.
Baş Prokurorluq vurğulayır ki, Məmmədova qarşı həbs qətimkan tədbiri seçilıb.

"Hazırda onun ekstradisiyası ilə bağlı hüquqi məsələlər aparılır. Məhkəmənin qərarı ilə Əhmədov da Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə həbs edilib", deyə Baş Prokurorluqdan bildirilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası bu ittihamları qəbul etmir. Partiyanın bəyanatında bildirilir ki, AXCP-nin Qabil Məmədovla və ya xaricdə yaşayan digər hər hansı bir şəxslə heç bir təşkilati, siyasi əlaqələri yoxdur.
"Niyaməddin Əhmədov AXCP üzvüdür və onun hər hansı bir şəxslə, xüsusilə Qabil Məmmədovla hər hansı siyasi əlaqədə ola bilməsi absurddur. AXCP bunu qəbul etmir və hesab edir ki, bu, müxalifətə qarşı yönəli addımdır. Hökumət terror terminini gündəmə gətirməklə siyasi fəaliyyəti məhdudlaşdırmaq üçün geniş miqyaslı planlar hazırlayır", - deyə bəyanatda vurğulanır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib