Prokurorluqdan Arif Abdullayevin həbsi ilə bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Dövlət Sərhəd Xidmətinin polkovniki Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb".
Anews.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib.
"Məlumat üçün bildirirəm ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























