• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov gürcüstalı həmkarı ilə danışdı

Elmar Məmmədyarov gürcüstalı həmkarı ilə danışdı
28.05.2020 23:19

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
 
Xarici İşlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilən tədbirlər üzrə ümumi fikir mübadiləsi aparıb və bu xüsusda beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.
 
Telefon danışığı zamanı ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, xüsusilə də hazırkı vəziyyətdə yükdaşımaların genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
 
Nazirlər, habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər də daxil olmaqla, həyata keçirilən əməkdaşlıq məsələlərindən bəhs ediblər.
 
Nazirlər Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm dostluq münasibətlərini vurğulayaraq, bir-birlərini qarşıdan gələn milli günlər münasibətilə təbrik ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol