• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının kürəkənindən hədə: “Biz respublikada 3 nəfərdən biriyik...”

İcra başçısının kürəkənindən hədə: “Biz respublikada 3 nəfərdən biriyik...”
29.05.2020 07:59
Samux rayon İH başçısı Alı Qocayevin kürəkəni dələduzluqda ittiham olunur.
Anews.az-ın xəbərinə görə, bunu Məhəd Musa oğlu Həsənov məlumat verib.
Onun sözlərinə görə, Alı Qocayevin qızının həyat yoldaşı, "Şell” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Nəsib Şamilov onunn 60 min manatını qaytarmaq istəmir:
"Nəsib Şamilov mənim kirvəmdir. 2017-ci ildə biz onunla birlikdə ortaq iş qurduq. Araz adlı bir sahibkardan icarəyə 4 mərtəbəli bina götürdük və ofis bütünlüklə mənim adıma sənədləşdirildi. 2018-ci ilin sentyabrında təmir işləri yekunlaşdı. Müqaviləyə görə, idarəcilik məndə qalmaq şərti ilə qazancın 70%-i onun, 30 %-i mənim olmalı idi. Onun idarəçiliklə bağlı heç bir səlahiyyəti yox idi. Biz işə başlar-başlamaz Nəsib Şamilovla aramızda mübahisə yarandı. Mübahisəyə səbəb Nəsib Şamilovun istəkləri oldu. Onun tələblərindən biri həyat yoldaşının idarəçilikdə təmsil və yaxın qohumlarının işlə təmin olunması idi”.
Məhəd Həsənov qeyd edib ki, onun icazəsi olmadan Nəsib Şamilovun həyat yoldaşı və qohumları şirkətdə işlə təmin olunub:
"Mən rayona istirahətə getmişdim. Orada olduğum müddətdə obyekt sahibi telefon edib aramızdaki müqaviləyə xitam veriləcəyini bildirdi. Gələndə bunlar hədə-qorxular gəlməyə başladılar. Nəsib Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin kürəkənidir. Ona güvənirlər. Hər dəfə mübahisə düşəndə "bilirsən də biz kimik” deyə işarə verirdilər. Dedim ki, mənə çatacaq məbləğ var, onu qaytarın sonra. Söz verdilər ki, müqaviləyə xitam ver, sənə çatacaq 60 min manatı qaytaracağıq. Bunlar arxalarına və pullarının gücünə güvənərək, obyekt sahibindən xitam verilməyən müqavilənin üzərindən yenidən müqavilə bağladılar. Ondan sonra isə mənə hədə-qorxu gələrək, mənimlə olan müqaviləyə də xitam verirlər. Bu məsələdə mən tək deyiləm, Nəsib Şamilov məndən əlavə də bir neçə adama belə "atıb”.
Məhəd Həsənovun sözlərinə görə, Nəsib Şamilovun hərəkətləri ilə bağlı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə rəsmi şəkildə məktub ünvanlayıb:
"Dəfələrlə məktub yazmışam. Həm evinə, həm də icra hakimiyyətinə. Nəsibə də mesajlar göndərmişəm. Amma mənə heç bir cavab vermirlər. Üstəlik deyirlər ki, "get kimə istəyirsən şikayət elə, biz resublikada 3 nəfərdən biriyik”. Bu nə deməkdir? Bunlar kimə güvənir? Onlar həm də yaxın qohumları və sabiq Baş prokurorun müavinlərindən biri Mehman Qocayevə güvənirdilər. Məsələdən Mehman Qocayev də xəbərdardır. Bu, dələduzluqdan başqa bir şey deyil. Bir ildən yuxarıdır ki, mən onlardan bu pulu ala bilmirəm. Qərara almışam ki, məsələ ilə bağlı ölkə başçısına və ölkənin I vitse-prezidenti xanımı Mehriban Əliyevaya şikayət edəm”.Qaynarinfo


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol