• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə növbədənkənar sessiyalar gözlənilir

Milli Məclisdə növbədənkənar sessiyalar gözlənilir
28.05.2020 23:18
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək.




Qaynarinfo  xəbər verir ki, bununla belə parlamentin yaz sessiyası bitsə də, deputatlar tətilə çıxa bilməyəcəklər.




Çünki Milli Məclisin növbədənkənar sessiyalarının keçirilməsi gözlənilir.




İlkin məlumatlara görə, ilk növbədənkənar iclas iyunun 5-də keçiriləcək. Parlamentin növbədənkənar iclaslara getməsinin bir neçə səbəbi var.




Birincisi, bir çox qəbulu vacib olan qanun layihələri var ki, parlament onların oxunuşunu yaz sessiyasında tamamlaya bilmədi.




Məsələn, "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi hələ birinci oxunuşdan keçib, mayın 31-də isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.




İkincisi, "2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabat və 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi hələ Milli Məclisdə müzakirəyə çıxarılmayıb.




Sənədlərin iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilməsi gözlənilir. Bundan sonra isə qanun layihəsinin müzakirəsi plenar iclasa tövsiyə olunacaq.




Üçüncüsü, 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması barədə sənəd hələ parlamentə daxil olmayıb. Qeyd edək ki, bu ilin martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışmışdı.




Dördüncüsü, bunlarla paralel olaraq, parlamentə bir neçə yeni qanun layihəsi daxil olub ki, onlar da növbədənkənar iclaslarda təqdim ediləcək. Məsələn, "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik, Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər bu qəbildəndir.




Həmin sənədlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirə olunacaq, daha sonra növbədənkənar iclasa tövsiyə ediləcək.




Qeyd edək ki, sessiya bitəndən sonra deputatlar tətilə yollanacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, sentyabrın 30-da parlamentin payız sessiyasının ilk plenar iclası keçirilir. Payız sessiyası dekabrın 30-dək davam edir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol