• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq icra başçısına məxsus mülkiyyəti oğlunun əlindən kim alır? - İDDİA

Sabiq icra başçısına məxsus mülkiyyəti oğlunun əlindən kim alır? - İDDİA
29.05.2020 07:05
Tərtər Rayon İcra Hakimiyyətinin hazırki başçısı Müstəqim Məmmədov, sabiq icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadəyə məxsus torpaq sahəsinin kriminal avtoritetə verməsi və təhdidlə üzləşməsi barədə məlumat yayılıb. Media üzərindən apardığımız araşdırmalara görə, məlumatı Şəhriyar Məcidzadənin özü yayıb.


O bildirib ki, Tərtərdən İlqar adlı bir şəxs ona zəng edib: "Həbsdən təzə çıxdığını və məndən Tərtərdəki evimizin qabağında hasarlanmış baba torpağımızı ona "haqq” olaraq verməyimi istədi. Sərdar Həmidovun Tərtərin müdafiəsini təşkil etdiyi, qarşısında döyüş gedən evin torpağını. Sonra isə dedi ki, bunu ona Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. Yəni Müstəqim Məmmədov özünü "kriminal avtoritet” kimi təqdim edən bu şəxsə deyib ki, Sərdar Həmidovun evinin qabağındakı hasarlanmış torpağı, Tərtər bələdiyyəsinə pul köçürdüyüm və çekləri məndə olan torpağı verib "avtoritetə”! Təbii ki, buna inanmaq çətin olduğu üçün mən bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. Öyrəndim ki, bəli, İlqar adlı şəxs icra başçısının qəbulunda olub! Bu o deməkdir ki, 90-cı illərin əvvəllərində Rusiyanın vilayətlərində olduğu kimi reketçiliyə himayədarlıq edən dövlət idarəetməsi praktikasını Müstəqim Məmmədov Tərtərə gətirir! Həm də Prezidentin icra hakimiyyəti başçılarına qarşı korrupsiya mübarizəsi açdığı vaxtda! Təbii ki, bunu susqunluqla qarşılamayacağıq. Dərhal araşdırmaya başladım. Öyrəndim ki, qarət, oğurluq və müxtəlif cinayət hadisələrinə görə bu və onun qardaşları doğrudan da məhkum olublar. Müstəqim Məmmədov isə bu adamları mənim və ailəmin üstünə göndərir. Əvvəllər bu kimi hadisələrdə başçılar əhaliyə zor gücünü polisin əli ilə göstərdi. İndi polis bu işlərə qarışmasa da, ən azı regional səviyyədə buna qarşıda fəaliyyət göstərə bilmədiyinin nəticəsidir ki, belə açıq zəng edib hədə və təhdid ritorikası ilə ictimai fəaliyyətlə məşğul olan bir adamdan torpaq istəyə bilirlər. Bütün həqiqətləri üzə çıxarmaq məqsədi ilə artıq araşdırma yazıya başlamışam. 102 xidmətinə bilərəkdən zəng etməmişəm! Çünki Tərtər İcra Hakimiyyətinin başçısının şəxsən verdiyi işarə ilə mənim üstümə yönləndirilən, özünü hörmətli oğlan, "avtoritet” kimi tanıdan adamla bağlı heç bir tədbir görülməyəcəyindən əminəm. Ona görə də yazı hazırlanana qədər Tərtərdə ağırlaşan kriminal vəziyyətə nəzarət etmək, konstitusion quruluşa böyük zərbə olan, dövlət qurumlarının quldur dəstələrininin əli ilə xalqa qarşı zor gücü istifadəsi praktikası ənənəsinin gətirilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirəm.


Burda ictimai qaydada Tərtərdə vüsət almağa başlayan mütəşəkkil cinayətkarlığın inkişafı, hakimiyyət orqanlarının mütəşəkkil cinayətkarlığı himayə etməsi işinin qarşısının alınması üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyev və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edirəm ki, cinayətkar ünsürlər tərəfindən əhaliyə qarşı divan tutulması prosesinin qarşısını alsınlar. Buradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edirəm ki, bu hüquqi pozuntulara qarşı tədbirlər görsünlər.


Bu gün bu məsələyə dair Tərtəri Parlamentdə təmsil edən Sahib Aliyevə zəng etdiyimi də bildirmək istəyirəm. Buradan jurnalistlərə, ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycanın qara günlərə getməsini istəməyən hər kəsə müraciət edirəm ki, məsələnin ictimai şəkildə araşdırılmasına köməklik göstərsin.


Mən şəxsən bunu dövlətin konstitusion quruluşuna, ölkə sabitliyinə, Prezident və vitse-prezidentin aparmış olduğu islahatlar prosesinə qarşı sabotaj kimi qiymətləndirirəm. Və Tərtərdə millət vəkili adını mənimsəyən deputata çatmaq mümkün olmadığı üçün bu postu yazmalı oluram".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol