Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumla bağlı YENİ XƏBƏR

Bakı Apelyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyevin Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V. Əliyevin şikayəti təmin edilməyib.
Xatırladaq ki, bir müddət əvvvəl V. Əliyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib.
Qərarla razılaşmayan V. Əliyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər - Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























