Jurnalistlər Milli Məclisin növbəti iclasına çağırılmayacaq

Milli Məclisin iyunun 12-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, iclasda yeddi məsələ müzakirə ediləcək.
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik də ikinci oxunuşa təqdim olunacaq.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında layihə parlamentin iclasının gündəliyinə salınıb.
Deputatlar "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında” və "Ətraf mühitin mühafizəsi haqqında” qanunlara dəyişikliklərə də münasibət bildiriləcəklər.
Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələrin səsə qoyulması gözlənilir.
"Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























