• $
  • €
  • ₽
  • ₺
  • £

Nazim İbrahimovun qardaşı azadlığa çıxdı - 15 illik həbsi gözlənilirdi

Nazim İbrahimovun qardaşı azadlığa çıxdı - 15 illik həbsi gözlənilirdi
11.06.2020 11:06
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı, iş adamı Sahib İbrahimov ötən gün hakim qarşısına çıxarılıb.

Mlumata görə Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib, hökm oxunub.

Hökmə əsasən, Sahib İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı həbsdə qaldığı müddət cəzadan çıxılaraq qəti olaraq 3 il 11 ay cəza saxlanıb. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 1 il müddətinə sınaq müddəti olmaqla cəzası şərti hesab edilib.

Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Hökmdə Vergilər Nazirliyinin mülki iddiası qismən təmin edilib.

Sahib İbrahimova məxsus Atatürk prospektindəki binanın üzərinə qoyulmuş həbs qərarı götürülüb. Məhkəmənin hökmünə əsasən, zərərçəkmiş Ehtibar Allahverdiyevin vəkili Xəqani İmanovun mülki iddiası təmin edilib.

X.İmanov söyləyib ki, nümayəndəsi olduğu Ehtibar Allahverdiyeva 162 min 400 dollar zərər vurulub. Məhkəmə mülki iddianı 142 min manatlıq hissədə təmin edib.

Vəkil hökmdən narazı qaldıqlarını, maddi zərərin və mənəvi zərərin tam ödənilməsini tələb etdiklərini bildirib. Xəqani İmanov hökmdən apellyasiya şikayəti verəcəklərini qeyd edib.

Xatırladaq ki, prokuror külli miqdarda dələduzluqda, təkrarən vergidən yayınmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilən Sahib İbrahimova Cinayət Məcəlləsinin 66.3-cü (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.

Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir) maddəsi tətbiq edilməklə 5 il 6 ay cəza istəmişdi.

Amma qeyd edilən maddələrlə Sahib İbrahimovu 15 ildən artıq azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Dövlət ittihamçısı Sahib İbrahimovun həbs edilməsini yox, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edilməsini istəmişdi.

İşin maraqlı tərəfi isə budur ki, Sahib Ağayev nə zərərçəkmişlərin pulunu, nə də dövlətə olan vergi borcunu ödəyib. Belə ki, Sahib İbrahimovun 1 milyon 439 min manat vergi borcundan cəmi 37 min manatını ödəyib. Bundan başqa, Sahib İbrahimov qanunsuz sahibkarlıqla məşğul olmağa görə vurduğu 1 milyon 61 min manat ziyanı da ödəməyib.(musavat.com)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol