• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədovun qaydalara dəyişikliyi çaşqınlıq yaradıb

Əli Əsədovun qaydalara dəyişikliyi çaşqınlıq yaradıb
11.06.2020 12:51
Baş nazir Əli Əsədovun xüsusi karantim rejimi ilə yeni qərarı ictimaiyyətdə çaşqınlığa səbəb olub. Söhbət "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda edilən dəyişiklikdən gedir. 

Əli Əsədovun imzaladığı qərarla karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar. Bəzi ictimaiyyət nümayəndələri bunu Əli Əsədovun həmin məcəllələrə dəyişikliyi kimi başa düşüb və Baş naziri Milli Məclisin səlahiyyətlərini mənimsəməkdə ittiham edib. 

Əslində isə Əli Əsədov parlamentin kompitesiyasında olan bu məsələ barədə qərar imzalamayıb. Baş nazir sadəcə özünün bundan əvvəlki qərarına dəyişiklik edib. Bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar. Əli Əsədov bura Cinayət Məcəlləsini də əlavə edib.

Məlumat üçün deyək ki, bir neçə ay əvvəl Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Yeni əlavə edilmiş 139-1-ci maddədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinə gəlincə, 211-ci maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə,
fiziki şəxslər 100 manatdan 200 yüz manatadək,

vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək,

yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxır. İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol