Azərbaycanda bu icra müavini və xanımı koronavirusa yoluxdu

Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı bu günlərdə daha bir vəzifəli şəxs virusa yoluxub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Samux rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub.
Təhsil Nazirliyindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı 14.06.2020-ci il tarixdə koronovirus (COVİD-19) diaqnozu ilə bağlı Goranboy rayon Xəstəxanasına yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























