• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin tutduğu ərazilər bu qətnamədə 2 dəfə "işğal edilmiş" adlandırılıb

Ermənilərin tutduğu ərazilər bu qətnamədə 2 dəfə "işğal edilmiş" adlandırılıb
20.06.2020 14:07
Deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Kamal Cəfərov "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı bəyanata münasibət bildirib.

O, "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə ona görə əhəmiyyətlidir ki, bu sənəd Şərq Tərəfdaşlığı Proqramının yol xəritəsidir:

"Bu sənəddə göstərilən müddəalar isə Avropa İttifaqının və Avropa Komissiyasının bu sahədəki fəaliyyətinin əsas prinsiplərini müəyyən edir. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycanın milli maraqlarına ən yüksək səviyyədə xidmət edən müddəalardan ibarət sənəddir. Çünki preambulada Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsinə istinad edilir. Bu qətnamədə iki dəfə, 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tutulmuş ərazilər "işğal edilmiş ərazilər” adlandırılıb. Avropa Parlamenti bununla da növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Avropa İttifaqına və Komissiyasının tövsiyə edir ki, gələcək fəaliyyətlərini bu prinsipləri rəhbər tutaraq həyata keçirsinlər. İkincisi, bu sənəddə bir daha qeyd edilir ki, Azərbaycanın əraziləri hələ də işğal altındadır və və bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü pozulub. Avropa Parlamenti eyni zamanda bu cür xarici təcavüzün və işğalın neqativ nəticələrini, insan haqlarının pozulmasını qeyd edir. Çünki təcavüz və işğal ilk növbədə, bu işğalın qurbanları olan qaçqınların və məcburi köçkünlərin hüquqlarını pozub".


Millət vəkili qeyd edib ki, sənəddəki növbəti mühüm məqam isə xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırışdır: "Lakin Avropa Parlamenti tərəfindən qəbul edilən bu qətnamənin ölkəmiz üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Avropa İttifaqı ilk dəfədir ki, dövlətlərin öz suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və siyasi müstəqilliyini güclə təmin etmək hüququnu nəinki tanıyıb, həm də bu səyləri dəstəkləyib. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan rəhbərliyi Helsinki Aktını nəzərdə tutaraq, güc tətbiq etməyin və güc tətbiq etməklə hədələməyin yolverilməzliyi prinsipi ilə spekulyasiya edirdilər. Hesab edirəm ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu sənəd İrəvan üçün ciddi mesajdır. Avropa Parlamenti faktiki olaraq Prezident İlham Əliyevin dediyi "Qarabağ – Azərbaycandır! Nida işarəsi!” sözlərini təkrar edib".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol