Dağıstanda Azərbaycan vətəndaşları üçün qurulmuş düşərgə genişləndirilə bilər

Azərbaycan nümayəndə heyəti - Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, hərbi və digər idarələrin nümayəndələri ölkə vətəndaşlarının yaşadığı çadır şəhərciyində əlavə yerlərin təşkilini müzakirə etmək üçün Rusiyaya, Dağıstan Respublikasının Dərbənd rayonuna gediblər.
"Arqumentı i faktı” nəşri xəbər verir ki, bu barədə Dərbənd rayonunun başçısı Fuad Şıxıyev "Instagram” hesabında yazıb:
"Nümayəndə heyətinin səfərində məqsəd müvəqqəti çadır şəhərciyində əlavə yerlərin təşkili, orada qalan Azərbaycan vətəndaşlarının yaşayış şəraiti ilə tanış olmaqdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























