• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı aeroportu ilə bağlı XİN-dən sərt açıqlama

Xocalı aeroportu ilə bağlı XİN-dən sərt açıqlama
29.05.2020 00:30
"Bu məsələ ilə bağlı Azərbaycan mövqeyini dəfələrlə səsləndirib. Biz hətta erməni mətbuatında təxribat xarakterli məlumatların yayılması ilə bağlı beynəlxalq təşkilatlara da müraciət etmişik. Xüsusilə, Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO) məsələ müzakirə olunub. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir və Azərbaycanın tərkib hissəsidir".

Bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev erməni mətbuatında Xocalı aeroportundan uçuşların həyata keçirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bütün işğal olunmuş ərazilərimiz bağlıdır:"Azərbaycan buranı bağlı hava məkanı elan edib. Yəni, burada ermənilər tərəfindən yayılan məlumatlar təxribatdan başqa bir şey deyil. Onlar vaxtaşırı bu cür təxribatları yayırlar. Azərbaycanın icazəsi olmadan, hər hansı bir uçuşun həyata keçirilməsi qeyri-mümkündür.Onu da bildirim ki, erməni tərəfinin bu cür təxribatları yalnız və yalnız sülh prosesinə xələl gətirməyə yönəlib və danışıqlar prosesinə zərbədir".XİN sözçüsü Xocalı aeroportunda uçuşların həyata keçiriləcəyi təqdirdə Azərbaycan tərəfinin atacağı addıma da münasibət bildirib:"Əgər belə bir təxribat olarsa, bu, çox təhlükəli bir məcraya yönələ bilər. Biz o vaxt bunu həmsədrlərin də diqqətinə çatdırmışdıq. Həmsədrlər də bu məsələni rəsmi Yerevan qarşısında qaldırdılar. Bildirim ki, həmsədr ölkələrin qəbul etdiyi bəyanatda da aeroport məsələsi ilə bağlı qeyd edilirdi ki, Ermənistan bu cür təxribatların həyata keçirilməsindən əl çəkməlidir. Yəni bu, münaqişənin həllinə çox mənfi təsir göstərə bilər və sülh prosesinə xələl gətirə bilər".Xatırladaq ki, modern.az-ın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistanın Daşnaksütyun partiyasının ABŞ-da fəaliyyət göstərən nümayəndə heyəti və diaspor ermənilərinin bir qrupu Dağlıq Qarabağa səfər edib. Heliokopterlə Xocalı aeroportunda eniş edən diaspor erməniləri Xankəndi şəhərində separatçıların lideri Bako Saakyanla görüş keçiriblər.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol