Erməni iddiasına cavab

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatının iddiasına cavab verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.Xatırladaq ki, bu gün cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi.ANS PRESS-in məlumatına görə, bunu erməni mətbuatı iddia edir. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni mətbuatının iddiası araşdırılır. Yaxın dəqiqələrdə bununla bağlı açıqlama veriləcək.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























