• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər əsir "diversantımız"ın adını açıqladı - Foto

Ermənilər əsir "diversantımız"ın adını açıqladı - Foto
11.07.2014 12:20
Azərbaycandan olan diversiya kəşfiyyat qrupunun Kəlbəcər istiqamətində təmas xəttini keçdiyi haqqında  erməni mediası tərəfindən yayılan məlumatlar Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib edilsə də, həmin məlumatla bağlı bu gün yeni fotolar yayılıb.Axar.az “News.am” saytına istinadən xəbər verir ki, fotoları qondarma rejimin Müdafiə Nazirliyi yayıb.Qondarma rejimdən bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi faktı və Azərbaycan diversantının əsir düşməsini inkar etdiyi üçün fotolar təqdim edilir.Məlumatda göstərilir ki, əsir götürülənlərdən biri Tərtərin Qapanlı kənd sakini Quliyev Şahbaz Cəlal oğlu (1968-ci il təvəllüdlü) diversiya məqsədilə cəbhə xəttini keçib və əsir düşüb. Məlumatda o da göstərilir ki, adı açıqlanan şəxs əsir düşənlərdən sadəcə bir nəfəridir. Əsirlərin ümumi sayı barəsində məlumat verilməyib.Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərli Axar.az-a bildirdi ki, erməni tərəfi əsir götürdüyünü iddia etdiyi hərbiçimizin adını, soyadını açıqlayıbsa, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlama verməlidir:“Ancaq burda bəzi məqamlar var: kəşfiyyat üçün lazım olan avadanlıqlar olmalıdır. Erməni tərəfinin yayımladığı fotolarda isə Azərbaycan bayrağı, rezin çəkmə və digər şeylər kəşfiyyat-diversiya fəaliyyəti zamanı hərbçinin istifadə edəcəyi avandalıqların içərisində göstərilib. Bu, daha çox erməni tərəfinin gicbəsərliyinə bənzəyir. Kəşfiyyata gedən hərbiçi niyə rezin çəkmə geyinsin ki? O çəkmələr torpaqda daha çox iz salır. Azərbacan tərəfinin diversiyaya göndərdiyi kəşfiyyatçı düşmənin onu izləməsinə imkan verən rezin çəkmə geyib, özü ilə dövlət bayrağı götürər? Bu, tamamilə absurd bir şeydir”.Ü.Cəfərli buna baxmayaraq, ad-soyada və təvəllüdə görə həmin şəxsin mülki vətəndaş ola biləcəyini istisna etmədi:“Ad-soyad və təvəllüd açıqlanıb. Ola bilsin ki, həmin ərazidə yaşayan mülki şəxslər yolu azaraq əsir düşüb və erməni tərəfi də buna silah-sursat əlavə edərək, kəşfiyyatçı donu geydirmək istəyir. Doğrusu, bu versiyanı istisna etmirəm. Bütün hallarda isə ad-soyad məsələsinə görə Müdafiə nazirliyimiz məsələyə aydınlıq gətirməlidir”.Xatırladaq ki, “rezin çəkməli diversantın” çəkməsinin fotosu yayılsa da, kəşfiyyata gedərkən rezin çəkmə geyinən “diversantımızın” öz şəkli yoxdur. Əsir düşən “digər diversantların” isə ümumiyyətlə rezin çəkmələrinin də şəkli yayılmayıb.Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib. Sorğumuza cavab verilən kimi Azərbaycan tərəfinin rəsmi mövqeyini yayımlacağıq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol