• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Çalışmalıyıq ki, hər gün Ermənistana əsgər tabutları yola salınsın”

Deputat: “Çalışmalıyıq ki, hər gün Ermənistana əsgər tabutları yola salınsın”
01.07.2020 12:28
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin gündəmin aktual mövzusu ətrafında verdiyi müsahibəni təqdim edirik:
 
- Qüdrət bəy, Minsk qrupu həmsədrlərinin xarici işlər nazirlərinin danışığından sonra yaydığı bəyanata münasibətinizi bilmək istərdik.
 
- Növbəti dəfə həmsədr ölkələrin münaqişənin saxlanılmasında və işğalın davam etməsində maraqlı olması öz təsdiqini tapdı. Onlar Paşinyan hakimiyyətə gələndən sonra cəbhədə əldə olunmuş nisbi sakitlikdən məmnun olduqlarını ifadə ediblər. Çünki işğalçı erməni əsgərləri ölmür və Ermənistan qorxusuz-hürküsüz işğal etdiyi torpaqları məskunlaşdırır. Həmsədrlər bildiriblər ki, münaqişənin hərbi yolla həlli yoxdur, xalqları sülhə hazırlamaq lazımdır və cəbhə bölgəsində monitorinqlər keçirilməlidir. Bir cümlə ilə belə işğal olunmuş ərazilərin məskunlaşdırılması və işğalın davam etməsi pislənilməyib. Əslində başqa mövqenin sərgilənməsini gözləmək də sadəlövhlük olardı. ABŞ və Fransada ölkənin siyasətini müəyyənləşdirən siyasətçilərə güclü təsir imkanlarına malik erməni diasporası var, hər iki dövlət xristian ölkəsidir. Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir. Həm də biz müstəqil olmadığını bəyan etdiyimiz Ermənistanın xarici işlər nazirindən hansı addımın atılmasını gözləyirik ki?
 
- Onda nə edək? Gözümüzün qarşısında Qarabağ münaqişəsi Fələstin probleminə çevrilir.
 
- Bizim vəziyyət Fələstindən daha ağırdır. Ona görə iqtidarı Rusiya ilə danışmağa və nəticələri barədə xalqı məlumatlandırmağa çağırıram. Ya Rusiya münaqişənin həllinə razılıq verməli və biz səmimi hərbi- siyasi müttəfiqə çevrilməliyik, ya da Rusiya münaqişəni qoruyub saxlamaq siyasətini davam etdirərsə onunla münasibətlərə yenidən baxmalı, Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutmalıdır. Yoxsa 130 il də Ermənistanla danışıqlar aparsaq, heç nə dəyişməyəcək.
 
Hökumət bizi daha güclü edəcək islahatları dərinləşdirmək istəyini ortaya qoyan kimi həmsədr ölkələr 5- ci kolonu canlandıraraq iqtidarı çevrilişlə qorxudub bütün təşəbbüslərdən çəkindirməyə çalışırlar.
Bizim Rusiya ilə indiki zorən dostluğumuz Qərbin mütərəqqi və ədalətli kəsiminin də bizə inamını sarsıdır. Bizi onların ciddi dəstəyindən məhrum edir. Ona görə Azərbaycan Qarabağ məsələsində daha cəsarətli və çevik xarici siyasət yürütməlidir. Biz bir il ərzində geniş miqyaslı islahatlar aparmalı, Rusiya münaqişənin həllinə razı olmasa o zaman böyük risk etsək də torpaqlarımız uğrunda ölüm-dirim savaşına başlamalıyıq. Pakistandan və Türkiyədən hərbi yardım istəməliyik. Nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bunu etməliyik. O, Azərbaycanı sevən, müstəqil və qürurlu adamdır. Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik. Ermənistanı işğala son qoymayacağı təqdirdə müharibənin qaçılmazlığına inandırmaq üçün böyük savaşa qədər, riyakar Minsk qrupu həmsədrlərinin açıqlamalarına əhəmiyyət vermədən, torpaqlarımızdakı işğalçı ordunun əsgərlərini hər gün öldürməyə çalışmalıyıq. Çalışmalıyıq ki, hər gün Ermənistana əsgər tabutları yola salınsın. Bizim sözdə yox, əməldə torpaqlarımızı işğaldan azad etməyə nə qədər qətiyyətli olduğumuza düşmən və onun havadarları əmin olmalıdırlar. Ermənistan tam əmin olmalıdır ki, onu kimin müdafiə etməsindən asılı olmayaraq müharibə başlasa o viran qalacaq.(Teleqraf)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol