• $
  • €
  • ₽
  • ₺
  • £

Rövnəq Abdullayev işçilərin maaşını kəsdi

Rövnəq Abdullayev işçilərin maaşını kəsdi
02.07.2020 10:52
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərib. Nəticədə SOCAR-ın müvafiq əmri ilə xərclərin azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Anews.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, bu tədbirlərin davamı olaraq əmək haqqı xərclərinin azaldılmasını təmin etmək məqsədi ilə SOCAR tərəfindən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ANQSİHİRK) müraciət olunaraq, SOCAR-da çalışan işçilərin səlahiyyətli nümayəndəsi kimi peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı münasibət bildirilməsi xahiş edilib.

Komitə tərəfindən SOCAR-ın müraciətinə baxılıb və 22 iyunda keçirilmiş iclasda aylıq əlavə ödəniş məbləğlərinin azaldılmasına razılıq verilib.
Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
Əmrdə deyilir:

"1. SOCAR-ın 28 dekabr 2015-ci il tarixli SOCAR/15-1000/01/SM-04-000099 nömrəli "Əməyin təşkili və normalaşdırılması sahəsində standartların təsdiq və tətbiq edilməsi” haqqında əmri ilə təsdiq edilmiş "Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması (SOCARSS-010.2015)” standartına və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 19-cu Əlavəsinə əsasən, peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödənişlərin məbləğlərinin 01 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı tədbirlər görülsün.

2. Baş ofisin İnsan Resursları Departamentinə, İqtisadiyyat və Uçot İdarəsinə və SOCAR-ın strukturuna daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, bu əmrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi təmin edilsin.

3. Bu əmrin icrasına nəzarət SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova həvalə edilsin”.SOCAR-ın İcitmai əlaqələr və təbdbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a faktı təsdiqləyib:

"Dünayada baş verən pandemiya ilə bağlı şirkətin gəlirlərində yaranmış azalmalar səbəbindən əsas maaş olduğu kimi saxlanılmaqla, maaşa əlavələr 50 faiz azaldılıb”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol