• $
  • €
  • ₽
  • ₺
  • £

“Dağlıq Qarabağdakı ermənilər haqqında “xalq” sözünün işlədilməsi yolverilməzdir”

“Dağlıq Qarabağdakı ermənilər haqqında “xalq” sözünün işlədilməsi yolverilməzdir”
02.07.2020 11:27
"Orada yaşayanlar xalq yox, etnik qrupdurlar”
 
"Beynəlxalq hüquqa görə etnik qrupun öz müqəddatını həll etmək hüquq yoxdur” 
 
"Ermənistan bir dəfə öz müqəddaratını həll edərək dövlət qurub, ikinci belə imkan qeyri-mümkündür”

"Otuz ildir, tərəflərin mövqeyi eynidir. Dağlıq Qarabağ problemi ilə bağlı tərəflər araında rəsmi müharibə elan olunmayıb. Münaqişəyə münasibət də fərqlidir. Azərbaycana görə, bu, dövlətlərin ərazi bütövlüyü məsələsidir. Ermənistan isə məsələyə xalqların öz müqəddaratını həll etmək prizmasından yanaşır”.

Bunu  Azərbaycan-Ermənistan XİN başçılarının dünən baş tutan görüşünü şərh edərkən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib. Ekspert qeyd edib ki, əslində Ermənistan üçün xalqların öz müqəddarını həll etmək hüququ illər əvvəl tanınıb:

"Sadəcə iş ondadır ki, hazırda orada yaşayanlar xalq yox, etnik qrupdurlar. Və beynəlxalq hüquqa görə etnik qrupun öz müqəddatını həll etmək hüquq yoxdur. Keçən il baş tutan Moskva danışıqlarına əsasən yeddi rayon Azərbaycana qaytarılmalı, sırf  Dağlıq Qarabağ məsələsinin həll isə sonraya saxlanılmalı idi.

Eyni zamanda göstərilirdi ki, tərəflərdən başqa, digər ünsürlər, o cümlədən Dağlıq Qarabaqda yaşayan ermənilər münaqişəyə müdaxilə edə bilməzlər. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağda yaşayan ermənilərin məsələyə qarışması və onlar haqqında "xalq” sözünün işlədilməsi yolverilməzdir. Ermənistan bir dəfə öz müqəddaratını həll edərək dövlət qurub, ikinci belə imkan qeyri-mümkündür”.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə onlayn görüşü keçirilib. Ermənistan XİN-in görüşün yekunu barədə yaydığı açıqlamada Azərbaycanın "qeyri-konstruktiv bəyanatlarına” istinad olunur. Eyni zamanda, Qarabağ "xalq”ının təhlükəsizliyindən bəhs edilir.(sherq.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol