Fərhad Molla-zadə ilə birgə daha 2 məmur həbs edilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyat zamanı nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Anews.az xəbər verir ki, DTX-də aparılan cinayət işi üzrə XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























