• $
  • €
  • ₽
  • ₺
  • £

XİN məlumat yaydı

XİN məlumat yaydı
09.07.2020 11:33
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli KİV-in suallarını cavablandıraraq, nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətin beynəlxalq tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə aydın şəkildə və konkret faktlarla ifşa edib".

Bunu Anews.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
 
"Ermənistan XİN-i Azərbaycanı Ermənistanı "faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə artıq düşmən obrazını çoxdandır ki, qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxış edən Ermənistan beləliklə də "əhalilərin sülhə hazırlanması” çağırışını ciddi şübhə altına qoyur.

Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb və bundan sonra da alacaqdır.
Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, yalnız işğalçı qüvvələrin məlum BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.

Azərbaycan Xarici İşlər Nazirliyi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib və münaqişənin tezliklə həll olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycanın olduğu kimi adlandırılmasında qətiyyətli mövqe nümayiş etdirmələrini tələb edib. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir və prinsipial xarakter daşıyır",- XİN rəsmisi vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol