İlham Əliyevdən yeni TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yeni səfirinin təyin olunması haqqında sərəncam imzalayıb.APA-nın xəbərinə görə, Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digər sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Çex Respublikasında, Fəxrəddin İsa oğlu Qurbanov isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























