"Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli mümkün deyil" - Politoloqdan AÇIQLAMA

Beynəlxalq
güclərin Cənubi Qafqaza marağı böyükdür. Birinci növbədə Dağlıq Qarabağda Azərbaycanın
qonşularından Rusiyanın maraqları var. Digər tərəfdən İranın və üçüncü tərəfdən Türkiyənin maraqları var. Nəticədə üç dövlət
arasındakı maraqlar toqquşması Dağlıq Qarabağ probleminin həllini müharibə yolu
ilə mümkün etmir, bu
sözləri anews.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə müstəqil şərhçi
Əziz Əlibəyli deyib.
"Bu
günə qədər atəşkəs rejimin uzanması və torpaqların işğaldan azad olunmaması fikrinin kökündə müharibənin baş verməsi dayanır. 1994-cü ildə atəşkəs sazişi
imzalandıqdan sonra təxminən qısa müddətli 3-4 dəfə toqquşmalar müşahidə
olunub.O toqquşmaların xüsusi bir mərhələsi 2016-ci ilin aprel döyüşləri zamanı
baş verib. Amma bu toqquşmaların heç biri geniş hərbi əməliyyatlarla başa
çatmayıb”.
"Birinci
səbəb şübhəsiz ki, regional amilərlə bağlıdır. Bölgədə baş verən müharibəni təkcə
2 ölkə Azərbaycan – Ermənistan aparmır. İkincisi hər iki ölkə regional ölkədir.
Cənubi Qafqazı təşkil edir. Hansısa qlobal gücə malik deyil. Bu da bir məsələni
ortaya çıxarır ki, böyük qlobal güclər dünyada baş verən bütün müharibələrə nəzarət
edirlər. Üçüncü yanaşma isə bundan ibarətdir ki, beynəlxalq hüququn əsaslandırılmış
olub olmamasından asılı deyil. Nəticəyə yönlənən hərbi əməliyyatların həyata
keçirilməsi üçün mütləq beynəlxalq və hüquqi şərait yetişməlidir”.
" Dağlıq Qarabağda müharibəyə başlaması Azərbaycanın hüquqi baxımından haqqıdır. Çünki Azərbaycan
bunu əsaslandıra bilər. Beynəlxalq hüquqla tanınmış əraziləri işğal altındadır
və ərazi bütövlüyü pozulub. BMT-nin prinsiplərindən biri dövlətlərin ərazi
bütövlüyü pozulması prinsipidir. Azərbaycan öz ərazisində suverenliyini bərpa
etmək üçün antiterrror əməliyyatlar həyata keçirə bilər”.
"Dağlıq
Qarabağ ərazisində hərbi əməliyyatlar keçdiyi andan etibarən orda yaşayan ermənilər
və onların müttəfiqi olan Rusiya bütövlükdə həmin bölgəyə sülhməramlı
adı ilə Rus qoşunlarının yeridilməsini həyata keçirməyi planlaşdırır. Bu da
Dağlıq Qarabağın Azərbaycan üçün itirilməsi deməkdir. Bu həm də o anlama gəlir
ki, Azərbaycan bu əməliyyatları həyata keçirsə Dağlıq Qarabağı həqiqətən birdəfəlik
itirə bilər. Bunu Rusiya Azərbaycana dəfələrlə xatırladıb. Buna görə Azərbaycan
hərbi əməliyyatları genişləndirə bilmir. Dağlıq Qarabağa aid olmayan rayonları
qaytarmaq Azərbaycanın əlində çox rahatdır. Təəssüf ki, biz burda dayanmağa məcbur
olacağıq”.
"Atəşkəsin məhz Tovuz istiqamətində pozulması onu göstərir ki, hücuma ilk olaraq düşmən tərəfi başlayıb. Tovuz istiqamətində Ermənistana hücum etmək, Azərbaycana heç nə vermir. Azərbaycan tərəfi hücum etmək istəsəydi, bunu Qarabağ və digər işğal altında olan istiqamətlərdə edərdi".
"Hər
bir Azərbaycan vətəndaşı yaşadığı yerdən asılı olmayaraq torpaqların
qaytarılması istəyir. Aprel döyüşlərində də, 2 gündür Tovuzda baş verənlərdə də
gördük ki, Azərbaycanlılar necə cəbhə xəttinə yollanmaq istəyir, necə vuruşmaq
istəyir. Bu isə ölkədə yüksək vətəndaşlıq ruhu ilə bağlıdır. Erməni xalqı bunu
görməlidir ki, azərbaycanlılar döyüşkəndir və onlar döyüşmək üçün cəbhəyə getməyə
belə hazırdılar”.
www.anews.az
Əziz
Əlibəyli bildirir ki, müharibənin başlamamasının bir neçə səbəbləri var.

Müstəqil
şərhçinin sözlərinə görə, Azərbaycan 30 ildə hərbi şəraitini tam formalaşdıra
bilib.
"Amma
bütün bunlar Azərbaycanın müharibə etməsi anlamına gətirib çıxara bilməz. Çünki
səbəblər təkcə daxili faktorlardan, nə də iki ölkə arasındakı yanaşmadan ibarət
deyil. Burada Avropa Birliyi və
Amerikanın maraqları var. Nəticədə bütün bu maraqlar Cənubi Qafqazda
hegimoniyanı ələ keçirtmək, özünün burdakı varlığını isbat etmək, bütövlükdə Cənubi
Qafqaza nəzarət üçün Qarabağ kartının üzərində cəmləşməkdən ibarətdir".
Ekspertin
fikrincə, Dağlıq Qarabağda indi baş verən hadisələr əslində BMT prinsiplərinin
pozulmasıdır.
Amma
bunu hərbi əməliyyatlar halına gətirə bilərmi? – sualına cavab olaraq şərhçi
bildirdi ki, "Ermənistanın burdakı əsas müttəfiqi Rusiyadır və digər müttəfiqi
qeyri rəsmi şəkildə İrandır. Dağlıq Qarabağda baş vermiş hər hansı bir müharibə
bu ölkələrin savaşa cəlb olunması deməkdir. Müharibə olaraqsa biz iki cəbhədə
savaşmalı olacağıq. Biri cəbhə xətti, işğal olunmuş torpaqlardan ibarətdir. Digər
isə Sərhəd xəttidir. Ermənistan tərəfinin cəbhə xətinin kənara qoyub sərhəd xəttində
Azərbaycan tərəfini təxribata cəlb etməsinin əsas səbəbi ondan ibarətdir ki,
kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olan Ermənistan digər üzvləri
məsələn, Qazaxıstanı, Belarus, Moldova, Rusiyanı bu münaqişə tərəfi olaraq
müharibəyə cəlb etmək istəyir. Azərbaycan və Ermənistan arasında müharibə
başlayanda avtomatik şəkildə bu üzvlər Azərbaycanın əleyhinə Ermənistan tərəfdən
müharibəyə qoşulmalıdır. Bir Qarabağ kartının bu qədər tərəfləri var”.
Əziz
Əlibəyli son olaraq onu qeyd etdi ki, əgər müharibə olarsa Dağlıq Qarabağdakı
rayonların işğaldan azad edilmə prosesi çox rahatlıqla baş verə bilər.
"Atəşkəsin məhz Tovuz istiqamətində pozulması onu göstərir ki, hücuma ilk olaraq düşmən tərəfi başlayıb. Tovuz istiqamətində Ermənistana hücum etmək, Azərbaycana heç nə vermir. Azərbaycan tərəfi hücum etmək istəsəydi, bunu Qarabağ və digər işğal altında olan istiqamətlərdə edərdi".
Bu
sözləri politoloq Zaur Məmmədov Tovuz
istiqamətində baş verən erməni təxribatını şərh edərkən deyib.
Politoloq
bildirir ki, Ermənistan hərbi rəhbərliyi bilərəkdən provokasiya edir və bu məqsədyönlü
xarakter daşıyır.
"Hər kəsə bəllidir ki, Tovuz istiqamətində Azərbaycan hərbi maşınının ermənilərə hücumu
perspektivsizdir. Bunun bir neçə amili var. Birinci Tovuz rayonu Ermənistan-Azərbaycan
sərhədində yerləşir. Azərbaycanın isə əsas məqsədi işğal altında olmuş torpaqları geri
qaytarmaqdır. İkincisi, Ermənistan kollektiv təhlükəsizlik müqaviləsinin üzvüdür
ki, bununla da Tovuz-Qazax istiqamətində
provokasiya yaratmaqlabu qurumun üzvü olan ökələri Azərbaycana qarşı vuruşdurmaqdır. O ki, qaldı müharibə məsələsinə savaş bu məsələnin həllində sonuncu yoldur. Bu gün dünyanın heç bir ölkəsi hakim
3-4 ölkəni çıxmaq şərti ilə istədiyi zaman müharibə başlada bilməz”.

Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























