• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa gedən yol MM-dən keçmirdi - Əziz Əlibəyli

Qarabağa gedən yol MM-dən keçmirdi - Əziz Əlibəyli
15.07.2020 14:48
Dünənki aksiya necə iğtişaşa çevirildi və ya Qarabağa gedən yol Milli Məclisdən keçmirdi.
 
Anews.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli sosial şəbəkələrdə şərh edərkən deyib. 
 
1. Mitinq qeyri-qanuni olsa da, dövlətə və əsgərə dəstək məqsədi daşıyırdı.

2. Polis müdaxilə etməmişdi.

3. Ən çox tirajlanan yalan "kütlə niyə başsızdır", "Müdafiə Nazirliyi, zabitlər hardadır" - halbuki, MN yüksək rütbəliləri çıxış edirdi.

4. Yürüşün əsas iştirakçıları evlərinə döndükdən sonra yaşandı utancverici mənzərə...

5. Yürüşün ana şüarı "Qarabağ" idi, amma təxribatçılar onu "istefa" şüarı ilə əvəz etdilər.

6. Cəbhəyə göndəriləsi şəxslər səngərlə parlamentin binasını səhv salaraq, V kolonun iştirakı ilə dövlətin sütunlarından birini işğal etdi.

7. Çirkin görüntülər cəbhəni, hətta şəhid generalı belə, unutdurmağa xidmət etdi.

8. Yürüş toplumunun arasında xüsusi qrupların, təxribatçıların, nakolkalı qızcığazların, saqqallı dini darların, Bakını "Təhrir" meydanına çevirənlərin, Tehran küçələrində, Qum "dənələri"nin "aşuravari" görüntüləri bütün müqəddəs amallara, ağrılara, ülvi hisslərə, hətta ermənilərə qarşı müharibəyə, savaşa ciddi zərbə vurdu.

9. İnternet - media qurumlarının ixtisaslaşmış provokativ fəaliyyətləri, sabaha qədər gülyanlara Bakıdan pas ötürmələri...

10. Ortada böyük bir təəssüf, hissləri istismar edilmiş kütlə, qəsd edilməyə cəhd olunmuş dövlət, erməniyə qarşı ön cəbhədə vuruşaraq arxadan sadəcə xoş sözlər eşitmək istəyən əsgər və nəhayət, gözlə görünən hala gəlmiş səhvlər, kimlikləri hardasa bəlli olmuş təxribatçılar qaldı.

Qeyd üçün: "Mənə silah verin", "Polis xaindir", "İstefa", "hanı nazir?" deyib, ehtiyac olmadığı yerdə yürüş iştirakçılarını manipulyasiya edənləri ön cəbhədə, səngərə dikib, düşmənin qabağına qoymaq lazımdır. Yürüş vaxtı müəmmalı sektalara qulluq edən şəxslər düşdü görüntülərə, hələ bir qız "şərəfsiz polislər" deyib, kameralara poz verir, boynu, başı, qaşı canavar başı, çarmıxa çəkilmiş İsa, ucundan qan daman xəncər nakoklaları və bu adamlar dövlətdən Qarabağ "tələb edir".

Halbuki, xalq az əvvəl öz möhtəşəm dəstəyini dövlətə və orduya yekdlilliklə göstərmişdi. Polis maşının devirənlər isə açıq şəkildə desək, generalımızı, əsgərimizi şəhid edən Paşinyanın Bakıdakı əsgərləri idi.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol