Erməni səfir bazara xahişə gəldi, qovuldu - VİDEO

Bu gün səhər erməni diasporunun nümayəndələri və Ermənistanın Rusiyadakı konsulu "Fud siti” ticarət mərkəzinə gələrək azərbaycanlıların erməni ticarətçilərinə qoyduğu qadağaya etiraz etmək istəyiblər.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə erməni konsul və diaspor nümayəndələrinin görüş icazəsi almadan və akkreditasiyadan keçmədən konfrans zalına gəlmələri və ticarət mərkəzinin rəhbərləri ilə görüş tələb etmələri görüntüləri yayılıb.
"Fud siti”nin mühafizəçiləri zala daxil olaraq, ermənilərin dərhal oranı tərk etmələrini tələb ediblər və onları "yola salıblar".
Qeyd edək ki, ermənilərin iyulun 12-dən Tovuz istiqamətində təxribatından sonra azərbaycanlılar "Sofiyski baza" və "Fud siti"dən erməniləri çıxarıblar, Ermənistandan gələn kənd təsərrüfatı məhsullarını almaqdan isə imtina ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























