Tovuz döyüşü necə başladı?- MN-dən açıqlama

"İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar.
Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb".
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı belə deyib. O qeyd edib ki, döyüşlərdə hər hansı ərazi itkisi olmayıb.
V.Dərgahlı bildirib ki, düşmənin dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi. Aprel döyüşlərində olduğu kimi bu dəfə də Ermənistanın rəhbərliyi döyüş itkilərini gizlədib. Amma buna baxmayaraq bir qismini etiraf etmək məcburiyyətdinə qaldı. Bir müddət sonra real itkilərin sayını biləcəyik”.
Düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























