• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ermənilərin yaraladığı azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ

Prezident ermənilərin yaraladığı azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ
23.07.2020 11:41
Azərbaycanın Vaşinqtondakı səfirliyi Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücüm etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib.

Anews.az Azərtac-a istinadən xəbər verir ki, müraciətdə deyilir: 

"Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qalıb. Nəticədə, bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb.
Xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik. Hər bir soydaşımıza göstərdiyi vətənpərvərlik və milli birliyə, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə iyulun 21-də Los-Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.

Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meyilindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyə tövsiyə edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirmək və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.

Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los-Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər.

Xatırladaq ki, Kaliforniya və ABŞ-ın digər 12 qərb ştatı, o cümlədən Alyaska, Arizona, Kolorado, Havayii, İdaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq ştatları Los-Ancelesdəki Baş Konsulluğumuzun konsulluq dairəsinə aiddir və bu ştatlarda yaşayan həmvətənlərimiz birbaşa bu Konsulluğumuza müraciət edə bilər. Digər 37 ştatda yaşayan həmvətənlərimiz isə paytaxt Vaşinqtonda yerləşən Səfirliyimizə birbaşa müraciət edə bilər. Səfirliyimizin qaynar xətti budur: (+1) 202-560-3583”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol