• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər azərbaycanlıları təxribata çəkir - AÇIQLAMA

Ermənilər azərbaycanlıları təxribata çəkir - AÇIQLAMA
24.07.2020 15:33
İyulun 12-sindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutması nəticəsində Azərbaycan tərəfi 12 şəhid verib. Bu hadisələrdən sonra dünyada yaşayan Erməni və Azərbaycanlılar arasında böyük bir gərginlik yaşanır. Dünyanın bir çox yerlərində öz həqiqətlərini dünyaya çatdırmağa çalışan azərbaycanlılara qarşı ermənilər tərəfindən zorakılıq olub. Los-Ancelesdə, Moldovoda, Belçikada ermənilər təxribat törədərək azərbaycanlı vətəndaşları döyüb.
 
Proseslərə münasibət öyrənmək üçün deputat və rəsmilərin fikirlərini öyrənməyə çalışdıq.
 
Deputat Aydın Mirzəzadə bildirib ki, bu baş verənlər erməni təxribatıdır.

"Bu gün baş verənlər gözlənilməz hadisədir.Görünən odur ki, ermənilər Azərbaycan səfirliyinin qarşısına və ya yaşadıqları ölkələrin hakimiyyət orqanlarına müraciət edərək erməni yalanlarını sırımağa çalışırlar. Bu dəfə daha çox ölkədə daha böyük qətiyyətlə Azərbaycan diaspor nümayəndələri səfərliklər qarşısında və kütləvi informasiya vasitələri qarşısında öz etirazlarını bildirirdilər.  Ermənilər isə bunu sivil qayda da etmək əvəzinə öz xuliqan hərəkətləri ilə göstərməyə çalışdılar.Bizim millətin vətəndaşlarına zorakılıq tətbiq ediblər, xəsarət yetiriblər.
 
Deputat onu da əlavə etdi ki, son hadisələrdə Ermənistan tərəfdən onların parlament deputatı da ixtişaşlarda iştirak edib. Bu isə cinayətdir. Bir sözlə ermənilər özləri demokratik göstərə bilmədiyi üçün xuliqanlıq etməyə cəhd edirlər.

Aydın Mirzəzadə bildirdi ki, Tovuz hadisələrini dünya ictimaiyətinin diqqətinə çatdırmaq hər bir azərbaycanlının hüququdur.

"Hesab edirəm ki, bundan sonra azərbaycanlıların olduğu ölkələrdə bu cür halların baş verməməsi üçün polislə daha ciddi işlər aparılacaq. Həmin ölkənin qanunlarına uyğun olaraq hər kəs törətdiyi əməlin qanuni cavabını alacaq”.
 
 
 
Politoloq Nəsimi Məmmədli isə hesab edir ki, ermənilərin hücumundan zərər çəkən soydaşlarımıza hərtərəfli hüquqi yardım üçün dövlət bütün dəstəyini verməlidir.
 
"Keçən əsrin əvvəllərindən siyasi səbəblərlə başlayan Ermənistan-Azərbaycan münaqişəsi tədricən milli-etnik məzmun alıb. Ermənilərin türklərə qarşı nifrəti, kini və amansız qətliamları xalqlarımız arasında dərin düşmənçilik, nifrət, qarşılıqlı etimadsızlıq yaradıb. 1988-cı ildən Dağlıq Qarabağda yenidən alovlanan münaqişə zamanı erməni-rus hərbi birləşmələrinin Xocalıda, Malıbəylidə, Qaradağlıda və digər iri yaşayış məskənlərimizdə törətdikləri vəhşilikləri unutmaq mümkün deyil. Biz istəsək də istəməsək bu qonşularımızla artıq düşmənçilik mövcuddur. Təmas xətti boyunca ən kiçik hərbi toqquşma bir anda düşmənçilik hissini alovlandırır. Hansı ölkədə olmasına baxmayaraq bu qarşılıqlı nifrət anındaca münaqişəyə çevrilir”.
 
Politoloqun sözlərinə görə bu düşmənçiliyi ortadan qaldırmaq çox uzun zaman alacaq.
 
" Ermənilər bütün dünyada yaxşı təşkilatlanıb. İdeoloji-siyasi və milli hədəfləri var. Daim bizi güclü olduqları müstəviyə münaqişəyə asanlıqla çəkirlər. Millətimizin emosional nöqtələrinə güclü təsir etməyi asanlıqla bacarırlar. Məhz indi də erməni milli-dini-siyasi dairələri bizi qurduqları tələyə salmağa çalışırlar. 1988-ci ildə "Topxana” meşəsində ağacları kütləvi kəsməklə emosional etirazlarla Bakıda başımızı qatıb Ermənistandan 200 mindən çox soydaşımızı deportasiya etdilər. 30 il öncə olduğu kimi indi də regionumuzda böyük dəyişikliklər astanasındayıq”.

Nəsimi Məmmədlini onu da əlavə etdi ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız ermənilərin belə təxribatlarına adekvat reaksiyalar vermək gücündə deyillər və Ermənistan bu fürsətdən də maksimum istifadə etməyə çalışır.

"Onların lobbi təşkilatları olduqları ölkələrin siyasi dairələrinə və mediasına ciddi təsir edə bilirlər. Azərbaycandan kənarda olan soydaşlarımız yaşadıqları ölkələrin hüquq və qanunlarının himayəsində mübarizəyə üstünlük verməlidirlər. Ermənilərə qarşı bizim ən güclü olduğumuz məkan Qarabağdır. Burada mənəvi-siyasi üstünlüklərlə yanaşı hüquqi zirehimiz də var. Əgər ermənilərə hansısa cavab verilməlidirsə, bu, mütləq Qarabağda verilməlidir. Ermənilərin son davranışları Azərbaycan hakimiyyətinə çox əlverişli fürsət yaradıb. Beynəlxalq ictimai rəyi tamamilə ölkəmizin lehinə dəyişmək üçün bu olaylardan yararlanaraq Ermənistan diplomatiyasına, erməni lobbisinə samballı zərbə vura bilər”.
 
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirdi ki, Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir.

"Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər.
Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir. Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdamlı kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi. Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi”.
 
 
 
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol