• $
  • €
  • ₽
  • ₺
  • £

“Düşmən ASALA xəttini ortaya qoyur”

“Düşmən ASALA xəttini ortaya qoyur”
24.07.2020 16:55
Əziz Əlibəyli: "Ermənilər kimi hərəkət edib tələyə düşməməliyik”

Hazırda dünyanın müxtəlif ölkələrində erməni duaspor nümayəndələrinin həmin ölkələrdəki səfirliklərimizə, soydaşlarımıza və vətəndaşlarımıza hücumları təşkli olunur.

Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Mərkəzinin rəhbəri Əziz Əlibəyli Bizimyol.info- ya müsahibə verib.

-Törədilən vəhşilik, qəddarlıq haqqında nə deyə bilərsiniz? Bu, erməni-azərbaycanlı konfliktinin beynəlxal müstəvidə güc tətbiqinin yeni formasıdırmı? Bu hücumlar hansı nəticələr doğura bilər?

-Hesab edirəm ki, azərbaycanlıların güc nümayişini başa düşmək lazımdır. Amma baş verən hadisələrin ermənilərdən qisas almaq və onların etdiyi hərəkətləri təkrarlamaq, hisslərlə hərəkət etmək, publikaya hazırlanmış formalarda tələyə düşmək prosesin sonrakı mərhələsində ciddi problemlərə gətirib çıxarda bilər. Düşmən tərəfi açıq formada faşizm, ASALA-nın dəst-xəttini ortaya qoymaqdadır. Bizim qeyri-siyasi yolla cavabımız DİFAİ üsulu cavab ola bilər. Amma bunların heç biri çxış yolu deyil. Azərbaycanlılar bir dəfə – 90-cı illərdə bu cür yolla – pafos, söz yığını, düşməni ciddiyə almamaq kimi yanaşmalarda uduzdu. Amma biz nəticə çıxarmalıyıq və ilk növbədə düşmənə qarşı cəbhəni qarşıdurma səviyyəsindən siyasi, elmi və hüquqi müstəviyə daşımalıyıq. Təcili formada güclü vəkillərlə iş qurulmalı, müqavilə bağlanmalı, lobbi işi aparılmalı, dünyanın nüfuzlu ölkələrinin parlamentlərinə seçilməli, elm mərkəzlərinə alimlər verməli, bir sözlə, mübarizənin xarakterini dəyişməklə ermənilərin ideoloji xəttini də poza bilərik. Baxın Feysbukda vəzifə daşıyan Mariam Sulakyana. Qarabağa dair, anti-erməni məzmunlu Azərbaycan səhifələrini bağlamaqla işini görür. Bu cür işləmək lazımdır.

– Bu baş verənləri erməni terrorizminin yeni bir dalğası saymaq olarmı?

-Şübhəsiz ki, ermənilərin terrorundan əziyyət çəkən xalqlardan biri kimi onları çox yaxşı xatırlayırıq. Onlarla terror təşkilatı, Livanda, Fələstində, Suriyada, Avropada killer kursları keçən terrorçular, Monte Melkonyan kimi faşistlər, Xocalı soyqırımı, Bakı metrosunun partladılması, Cumhuriyyət xadimlərimizin şəhid edilmələri və daha nələr… Bütün bunlar bizə tarixi və düşmənimizi açıq şəkildə xatırladır. Hazıda ermənilərin soydaşlarımıza hücumları özünü primitiv mərhələsini yaşamaqda olsa da, Los- Ancelsdə, Brusseldə, Axalkalakidə baş verənlər göstərir ki, ikinci mərhələdə ASLA, Qnçaq, Daşnaksütun kimi radikallar, terrror qruplaşmaları fəaliyyətə keçə bilər. Hansı ki, onların böyük bir hissəsi işğal altında lan Dağlıq Qarabağdakı poliqonlarda yetişdirilir. Biz bütün bunlara qarşı eyni qaydada cavab verə bilmərik, həm human rersurslarımızın hazırlığı adekvat deyil, həm də səsimiz o qədər də uca çıxmır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol