• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkə də Ermənistana silah satırmış

Bu ölkə də Ermənistana silah satırmış
25.07.2020 13:15
İordaniya Haşimilər Krallığı Ermənistanla hərbi-siyasi ittifaqa girən ölkələrdən imiş.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Haqqin.az hərbi qaynaqlardan məlumat əldə edib. Ermənistanla İordaniya arasında hərbi-siyasi əməkdaşlığın əsası Ermənistan prezidentinin 2019-cu ilin aprelində Əmmana səfəri zamanı qoyulub. Kral II Abdallanın isə 2020-ci ilin fevralında Yerevana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı daha da sürətləndirib. İordaniya monarxı bir qayda olaraq xarici səfərlərini bir iş günü ilə məhdudlaşdırır. Hətta Bakıya 2019-cu ilin dekabrında baş tutmuş səfəri zamanı kral bir sutkadan da az qaldı. Maraqlıdır ki, adətən qısamüddətli səfərlərə üstünlük verən Əlahəzrət Abdalla Yerevanda az qala 2 gün qalmışdı. Kral Yerevana çoxsaylı nazirlərin müşayiəti ilə gəlmişdi-strateji ittifaqı möhkəmləndirmək üçün.

Sayt yazır ki, hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş spektri, o cümlədən Yerevana silahların və döyüş sursatlarının, xüsusən də İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) təchizatını əhatə edir. Rusiyadan sonra İordaniya 2013-cü ildən başlayaraq bu qumbaraatanları istehsal edən ikinci ölkədir və həmin silahı Əmmanda "Naşşab” rəsmi adı ilə buraxırlar. Hazırda İordaniya həmin qumbaratanları xarici bazarlara, xüsusən də Ermənistana satır.

İnformasiyalı hərbi qaynaqlar deyiblər ki, İordaniya tərəfdən Ermənistanla hərbi-texniki əməkdaşlığı Baş qərargahın rəisi, general-mayor Yusif Huneyti kurasiya edir. Erməni tərəfdən isə layihəyə qalmaqallı silah alverçisi, hazırda Rusiyada axtarışda olan David Qalstyan cəlb edilib. Bu yaxınlarda rusiyalı jurnalistlərin David Qalstyanın siyasi-kriminal fəaliyyəti barədə araşdırması Rusiyanın özündə və Azərbaycanda geniş rezonans doğurmuşdu. Bundan əlavə, məhz Qalstan Serbiyadan minaatan mərmilərinin Ermənistana təchizatını həyata keçirmişdi.

Xatırladaq ki, Qalstyanın adı BMT Təhlükəsizlik Şurasının hesabatında Suriyaya qanunsuz silah təchizatı ilə əlaqəli şəxslər arasında keçir. Məhz onun vasitəçiliyi ilə Suriyada "Kalaşnikov” avtomatlarının yığılması üçün hərbi müəssisənin tikintisi həyata keçirilib.

Qalstyanın İordaniyadakı birbaşa ticarət tərəfdaşları isə kral II Abdalla adına konstruksiya və inkişaf Mərkəzinin direktoru Amjad Hamis əl-Şuheyldir (Amjad Khamis al-Shuhail). Silah təchizatı həmin mərkəzlə əlaqəli şəkildə hərbi-sənaye şirkətinin xətti ilə həyata keçirilir.

Beləliklə, Ermənistanın strateji müttəfiqi və tərəfdaşı müsəlman ölkəsi İordaniyadır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin saytında göstərilir ki, bu ölkə Azərbaycanın da hərbi-strateji tərəfdaşıdır. 

Lakin Ermənistan Prezidenti Armen Sərkisyanın İordan çayının sahilində, İsanın xaç suyuna çəkildiyi yerdəki həssas nitqindən göründüyü kimi kral Abdalla həm də İordan çayının sahilindəki müqəddəs Karapet erməni kilsəsinin də hamisidir. Bundan əlavə, A.Sərkisyanın sözlərinə görə, İordaniya kralı erməni xalqına isti və qardaş hissləri bəsləyir. Bəli, erməni Prezidentinin dediyi kimi, onun atası kral Hüseyn də erməni xalqının dostu idi.

Abdallanın sözlərinə görə isə, o erməni dövlətinə və xalqına dərin hörmət bəsləyir, onun dediyi kimi, Haşimilərlə erməni xalqı arasında "tarixən formalaşmış dostluq” hökm sürür. (Biz sadəcə olaraq Əlahəzrətin nitqindən sitatlar gətiririk!) İordaniya kralının sözlərinə görə, erməni icması onun ölkəsində vacib rol oynayır. Və neftlə, qazla zəngin  digər dövlətlərdən fərqli olaraq Ermənistan və İordaniya insan kapitalına birinci dərəcəli önəm verir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol