Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir – Sərhəddən kartoqrafik görüntülər - DETALLAR

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti
Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil
edib, əməliyyat zonası, relyef xüsusiyyətləri, SSRİ dövrünə aid sərhəd xətləri,
hazırkı pozisiya və mövqe üstünlükləri araşdırıb.
Qərbdən Ermənistanla 1007 km sərhəddə
malik olan Azərbacan Respublikası sərhəd delimitasiya və demarkasiya proseslərində
ən uğurlu nümunəsini 28 avqust 2010-cu ildə Rusiya Federasiyası ilə imzalanmış 1416
saylı müqavilə sayəsində təsdiq etmiş oldu.
Təəssüf ki, eyni prosesi Azərbaycan ərazisinə aid
Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonu silahlı, terror və
muzdlu qruplaşmalarla işğal edən Ermənistan Respublikası ilə aparmaq mümkün
olmayıb.
Belə ki, SSRİ-nin dağılması fonunda
Ermənistana aid hərbi qruplaşmaların Azərbaycan torpaqlarına başlanan müdaxilə
və işğal faktı nəticəsində sərhədlərin delimitasiyası demək olar ki, bütünlüklə
baş tutmayıb.
Nəticədə olduqca böyük arealda –
bütün cəbhəboyunca "ad hoc” olaraq adlandırdığımız "neytral zonalar” əmələ gəlib.
Sərhəd
xətlərinə yeni baxış
Sonuncu
dəfə 2016-ci ilin aprelində başlayan dördgünlük müharibə 30 ildə davam edən sırf hərbi və lokal
toqquşmaların kuliminasiya nöqtəsi kimi düşmən tərəfinin böyük məğlubiyyəti ilə
yekunlaşaraq, Ermənistanın yaratdığı mifi dağıtdı, ordu ilə xalq arasında
uçurum yaratdı, siyasi hakimiyyətin iflasını şərtləndirdi.
Əlbəttə ki, Ermənistanın hərbi iflası
və erməni cəmiyyətinin məğlublara kəsdiyi hökmün nəticələrinin aradan
qaldırılması üçün yeni hakimiyyətin daha fərqli coğrafiyada təxribatlar törətmə
ehtimalı gözlənilən idi. Xüsusilə də son bir ildə Qazax rayonu istiqamətində üç
ölkənin sərhədinin qovuşduğu nöqtədə yerləşən neytral zonaların Azərbaycan hərbçiləri
tərəfindən nəzarətə götürülməsi ilə Gürcüstan – Ermənistan yolu, Rusiya – Ermənistan
qaz xətti əsgərlərimizin tətiyi altına düşməsi qarşı tərəfi öz məntiqləri ilə
eyni strateji əhəmiyyətə malik zonalardan birində "revanş” almaq istəyini
doğurmaya bilməzdi. "Niyə Tovuz?” yarımbaşlığı
altında yeni abzas başlamamaq üçün qısaca izah edək ki, bölgədən keçən
enerji dəhlizi, yollar, Qarabağdan ayrı bir cəbhə olması və strateji mövqe düşmənin
sırf bu bölgədə təxribatlara əl atması, xüsusilə də əraziyə böyük ölçüdə nəzarət
imkanı verən, yüzlərlə kilomter məsafəni atəş xətti altına salmaq üçün
"Qaraqaya” zirvəsinə intervensiya cəhdi digər məsələləri də aktuallaşdırdı.
Hərbi
əməliyyatlar harda aparılıb?
"Civil.net” saytının əməkdaşı Tatul
Hakopyan "Անավարտ Սևաքար/Ղարադաշ. մանրամասներ տարածքում և քարտեզի վրա” ("Bitməmiş
Qaradaş”) adlı videosunda informasiya müharibəsinin timsalında hərbi əməliyyatların
real coğrafiyasını, kartoqrafik təsvirini və sərhəd xətləri üzərində
komentariyasını təqdim edir.

Qaradaşda
və ya Qaraqayada (ermənicə "Sevakar” –
müəl.) nə baş verib?
Beynəlxalq hüququn qəbul etdiyi sərhəd
xətləri ilə Tavuş rayonunun delimitasiya edilməmiş əraziləri üst-üstə düşmür.

1991-1994-cü illərdə baş verən düşmən
təxribatlarının qarşısını alan hərbi hissələrimiz məhz o dövrdə müəyyən ərazi
üstünlüyünə yiyələnərək mövqelərin hazırkı yerləşməsini həyata keçirib.
Xəritədən də göründüyü kimi, hərbi əməliyyatların
istiqaməti Ermənistan Respublikasının ərazisində aydın gözlə görünür: Tovuz rayonunun
Ağdam kəndinin qərb hissəsi, Qaradaş yüksəkliyi bütövlükdə, dağın qərb ətəyi, Qaraqayadan
su anbarına doğru, Çoratan kəndinə məxsus uçurum, su anbarının birbaşa yarısı
ordumuzun nəzarətindədir.
Digər üstünlük ondan ibarətdir ki,
Əlibəylidən Movses kəndinə doğru ərazi, Əlibəylinin qərb hissəsindən başlayan
bağ sahəsinin bir hissəsi Ermənistanın içərisinə qədər irəliləyib və daxilə
doğru – Qarmir - Axpyurda bir neçə azərbaycanlı
ev tikdirib, yaşayır. Üstəgəl, Azərbaycan Babəkər dağı istiqamətində də ərazi və
mövqe üstünlüyü qazanıb. Eyni qaydada, erməni ərazisi sayılan Parkavar (Tatlı kəndi
ilə üzbəüz) və Köhnə Qışlaq kəndinin sərhəd xətləri istiqamətində üstünlük əldə
etmişik.

Xəritədən də göründüyü kimi, Paravakar-Babakər tərəfdən erməni sərhəddi Azərbaycan ərazisinə daxil olur, bu, 800 hektar ərazi artıq 30 ildir ki, becərilmirdi, çünki birbaşa Azərbaycan əgərinin nişangahının altına düşürdü. Son illərdə isə azərbaycanlı kəndlilər həmin bölgədə artıq əkin-biçin işlərinə başlayıblar.
İndi isə Perkaber/Sarteni tərəfə baxaq: Bir tərəf İcevan, digər tərəfdə isə Qazax rayonudur.

Burda 1994-cü ilə qədər baş verən toqquşmalarda ermənilər böyük itki verməklə yanaşı coğarfi üstünlüyü də ələ almışıq.
Berkaber su anbarının bir hissəsi, kəndin
min yüz hektar ərazisi və çay ərazisi Azərbaycan ordusunun nəzarətinə keçib.
Təxmini hesablamalara görə isə 3 min
ha ərazi Azərbaycan əsgərinin nəzarəti altındadır.
BU
HİSSƏYƏ DİQQƏT!
Ermənilərə
gəldikdə, onlar Qazaxın 7 kəndini : Sofulu, Barxudarlı, (hər iki kənd İcevan
rayonununda anklavdır) Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı
Əskipara və Xeyrimlini işğal ediblər.
Bir
də iki ordunun aralığındakı neytral zonada yerləşən Qızılhacılı kəndi tamamilə
ermənilər tərəfindən yandırılaraq, məhv edilib.
Düşmən
bu işğallarla iki üstünlük əldə edə bilib. Bağanis Ayrım kəndindən İcevan-Noyemberyan-Tiflis
yolu keçir. Yuxarı və Aşağı Əskipara kəndləri də erməni nəzarətinə düşüb ki,
2 Azərbaycan kəndi erməni kəndi olan Vosqebarla qonşudur. Həmçinin kiçik
kənd olan Xeyrimli də erməni nəzarətindədir. Bu kənd sərhəddir və su anbarının
qonşuluğundadır. 1990-91-ci illərdə faktiki olaraq, İcevan Noyemberyan istiqamətində
yol açan ermənilər iki azərbaycan kəndindən keçməklə - Bağanis Ayrım, Aşağı
Əskipara kəndlərini tutmaqla buna nail ola biliblər.
Əməliyyat
kartoqrafiyası üzərində iş

Qaradaş dağı Ermənistan tərəfdən Movses, Çora, Çinari kəndlərinin, Azərbaycan tərəfdən isə Ağdam və Əlibəyli kəndləri arasına düşür.
SSRİ-nin xəritəsinə görə ərazi Sovet
Ermənistanın sərhədləri daxilindədir. Yəni, müəllif aydın dillə başa salır ki, hərbi
əməliyyatlar Sovet Ermənistanı və ya Ermənistan Respublikasının ərazisində
davam edir, gedir. Xəritədə görə bilərsiz ki, "Sevakar”—Qaradaşın üzərində Azərbaycan
tərəfinin 2-3 hərbi məntəqəsi var.
Döyüşlər nəticəsində tərəflərin
postları qidalandırma-təminat formaları dəyişdi.
Əgər bu status-kvo saxlanılsa,
Çinari, Movses, Çoratani kəndlərinin mənzərələri
Azərbaycan postlarının qarşısında açılır.
Hərbi əməliyyat imkanlarında
üstünlüyü ələ keçirmiş Azərbaycan döyüşləri tam formada Ermənistan ərazisinə
daşıya bilib və demək olar ki, Qaradaşdan sonrakı bütün sərhəd zolağı - cəbhə içərisində yerləşən Berdə qədər
ordumuzun nəzarəti altına keçib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























