• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın gənc NAZİRLƏRİ

Azərbaycanın gənc NAZİRLƏRİ
28.07.2020 11:38
Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib. 

Son zamanlar gənc və prespektli kadrlara üstünlük verilməsi siyasəti bu təyinatda da davam etdirilib. Belə ki, 38 yaşlı nazirin təyinatı ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Qeyd olunub ki, gənclər sektorundan çıxmış yeni nazirin təhsil sahəsində yaxşı təcrübəsi, analitik bacarığı var. 

Qafqazinfo bu məqamda daha öncə gənc yaşda nazir postuna gətirilən və bu təyinatları ilə həmin sahədə yeniliklərin olacağına ümid yaradan nazirləri təqdim edir:

1980-ci il təvəllüdlü Sahil Babayev. Əmək və əhalinin sosial müdafiəsi naziri postuna 21 aprel 2018-ci il tarixində, yəni 38 yaşında təyin olunub. 

Azərbaycanın 5-ci Kənd təsərrüfatı naziri İnam Kərimov 1977-ci il təvəllüdlüdür. Həmkarı S. Babayevlə eyni gündə təyinat alan nazir 41 yaşından bu vəzifəni icra edir. Bundan başqa, İ. Kərimov 35 yaşında Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə sədr təyin olunmuşdu.

Hər iki nazir fəaliyyəti dönəmində istər vətəndaşlar, istərsə də media ilə əlaqələri baxımından yenilikçiliyi ilə seçilib, onlara olan inamları doğruldub. 

1977-ci il təvəllüdlü Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də 2017-ci ildə, yəni 40 yaşında bu posta təyinat alıb.

Son 10 il ərzində 3 dəfə müxtəlif qurumlara nazir təyinatı almış İqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı il təvəllüddür. O, ilk dəfə nazir postuna 2013-cü ildə təyinat alıb. Bu zaman M. Cabbarovun 37 yaşı olub. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol