ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib

İyulun 27-də ABŞ-ın Minnisota ştatında ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.
Anes.az xəbər verir ki, ştatın paytaxtı olan Sent Pol (St Paul) şəhərində baş tutan aksiya Minnisota–Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının və müxtəlif şüarlar yazılmış posterlərin bərkidildiyi avtobil karvanı şəhərin küçələrində hərəkər etməklə yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























