• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni hakerlər AMVPRESS.AZ-a hücum etdi

Erməni hakerlər AMVPRESS.AZ-a hücum etdi
31.07.2020 15:07
Erməni hakerlər tərəfindən AMVPRESS.AZ informasiya portalına hücum olub.


AMVPRESS.AZ informasiya portalına hücum dünən gecə saatlarında erməni hakerlər tərəfindən həyata keçirilib. Belə ki, saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını, videolarını və "Armenia” sözlərini yerləşdiriblər. Hücum nəticəsində saytda yayımlanan son xəbərlərin hamısı silinib.


İnformasiya portalına edilən hücumun əsas səbəbi manşetdə yayımlanmış "Polad Həşimov - Göz yaşlarımla söhbət... Rövşən Nəcəfov (TARİXİ HEKAYƏ)" yazısına görə olub.


AMVPRESS.AZ informasiya portalının baş redaktoru Elşən Gəncəvi açıqlamasında qeyd edib ki, AMVPRESS.AZ informasiya portalı erməni hakerlərin hücumuna məruz qalıb: "AMVPRESS.AZ informasiya portalına erməni hakerlər tərəfindən hücub olub. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Unutmamalıyıq ki, düşmənlə müharibə yalnız səngərdə getmir, biz həm də informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə yayılan yalan məlumatlara, informasiyalara qarşı diqqətli olmalıyıq. Həmkarlarımla informasiya müharibəsində qələmlərimizi yerə qoymamalıyıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik".


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol