Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Aunaya başsağlığı məktubu göndərib.
Anews.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.
Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























