• $
  • €
  • ₽
  • ₺
  • £

ReAl partiyasının sədri İlqar Məmmədov Altay Göyüşova "qorxaq" dedi

ReAl partiyasının sədri İlqar Məmmədov Altay Göyüşova  "qorxaq" dedi
11.08.2020 09:01
ReAL sədri İlqar Məmmədov tarixçi-alim Altay Göyüşovu sərt tənqid edib.
 
Anews.az xəbər verir ki, o bu barədə öz facebook səhifəsində paylaşıb:

"Bir qorxaq Altay bəy Göyüşov var. Ötən ilin yayından köçdü Almanıyaya, başladı oradan müxalif yönlü qədeş-fason bəyanatlar verməyə. Səbəbinə çox da dərin getməyə ehtiyac yoxdur, mövzu başqadır.

Amma oktyabrda birdən məlum oldu ki, hansısa sənədləşmə işlərini yoluna qoymaq üçün qorxaq Altay Göyüşov Almaniyadan Bakıya gəlməlidir.

Onun dərdini təsəvvür edə bilərəm: "Axı bu qədər danışdım… Bakıya necə dönüm? Amandır, tutarlar məni...”
Və başlayır! 6-7 oktyabrda İlqar Məmmədov və REAL haqqında 5 dənə dalbadal "vurucu” status yazır, arada birini elə-belə, ədəbiyyat haqda yazır ("e-e, cənab polkovnik, mən ziyalı adamam” vəziyyəti üçün). Başqa heç nə yazmır. Sonra bu statuslardan ibarət Facebook "sığortası”nı yanına alıb minir təyyarəyə, uçub gəlir Bakıya.

Sənədlərini səhmana salır. Hələ bir İlham Əliyev hakimiyyətinin dövlət xidmətləri haqda xoş status-namə də qoşur, sitat: "özümə də təəccüblü gəlirdi, işlərimi çox tez həll edirdilər, bu öz yerində, amma üstəgəl, müəllim, xoş gəlmisiniz, burada gözləmə, gəl içəridə otur, bir stəkan çay iç filan, əməlli qayğı göstərirdilər”.

1 günlük işini görüb qayıdır Almaniyaya. İlqar Məmmədov yaddan çıxır.

İndi təzədən başlayıb İlqara söz atmağa. Yenə Bakıda işi var?

Lap dərinə baxanda Altay Göyüşovu titrəməyə salan başqa məsələdir. Ötən ilin iyulunda mən ondan xahiş etmışdim ki, müxalifətin birləşib seçkiyə bir yerdə getməsi üzrə planın təşəbbüskarı mən olmayım, sən ol ki, digər partiyalarda qıcıq yaranmasın: "Sən bu işi ziyalı kimi başla, sonra istəsən tezliklə kənara dur, partiyalar olaraq özümüz irəli apararıq. İstəsən lap özün də davam et".
Əvvəlcə razılaşdı. Sonra anladı ki, birdən xaricə yolu bağlanar - lap köç qabağı idi. Qorxdu. Gedib bu ideyamı partiyalara elə şəkildə çatdırdı ki, iş heç alınmasın. Bu məsələdə şəxsən mənim qarşımda gözü kölgəli olduğu üçün heçnədən dedi-qodu salmağa bəhanə kimi bir-iki kənar mövzu tapmalı idi. Klounlaşmış qədeş roluna girib tapdı da...

Qorxaq Altay Göyüşovu həbs etsələr, Avropada müdafiəsini şəxsən özüm təşkil edəcəm. Bakıya gəlmək istəyirsə, biletin qiymətinə "İlqarı vur” talonunu daha əlavə etməsin, özünün klounlaşmış qədeş dili ilə desək "yekə cəyildü”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol