Türkiyənin Müdafiə naziri Azərbaycana səfəri zamanı MÜHÜM AÇIQLAMA verib

Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri çərçivəsində Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərində iştirak edən hərbçilərlə görüşüb.
Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar görüşdə Ermənistanla münaqişədə Türkiyənin daim Azərbaycanın yanında yer alacağını bir daha qeyd edib.
H.Akar Baş Qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları Komandiri, general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandiri General Hasan Küçükakyüz və Dəniz Qüvvələri komandiri Admiral Adnan Özbal ilə birlikdə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən əsgərlərlə görüşüb.
Akar Müdafiə Naziri, general Zakir Həsənovu və məşqdə iştirak edən hərbçiləri təbrik edərək bidirib: "Mən və dostlarım ikinci vətənimiz olan Azərbaycanda olmaqdan çox məmnunuq və həyəcan keçiririk”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























