Rus hərbi gəmilərinin Bakıya gəlməsi təsadüf idimi?

Avqustun 17-də "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində
keçiriləcək "Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz
Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya
gəmiləri Bakıya gəlib. Daha əvvəl Türkiyənin Azərbaycanda
hərbi təlimlər keçirməsi birmənalı qarşılanmamışdı. Bu təlimlərdən sonra Rusiya gəmilərinin Azərbaycana gəlməsi təsadüf idimi?
Politoloq Nazim Cəfərsoy bu oyunların keçirilmə
tarixinin təlimlərdən daha əvvəl müəyyən edildiyini deyib:
"2015-ci
ildən Rusiyanın təşəbbüskarlığı ilə Beynəlxalq ordu oyunları keçirilməyə
başlanıb. Bu orduların olimpiya oyunları mahiyyətindədir. Biz də bu oyunlarda 5
ildir ki, iştirak edirik. Təşkilatçısı Rusiya olan bu oyunlara hər il daha çox
ölkə qoşulur. Bu oyunlar müxtəlif hərbi sahələri əhatə edir: tanklar,
artilleriya, səhra mətbəxi, dəniz və başqaları. Artıq illərdir ki, dəniz kuboku
Azərbaycanda keçirilir. Bu oyunlar hər il Avqust ayında keçirilir. Oyunların
keçirilmə tarixi bir il öncədən müəyyənləşir. Bu baxımdan türklər təlim keçdikdən
sonra ruslar da öz gəmilərini gətirdilər kimi yanaşmaq doğru olmaz. Əgər diqqətlə
medianı izləsək birazdan Qazaxıstan, İran gəmilərinin də Bakıya daxil olduğunu
görəcəyik. Əbəttə siyasi baxımdan baxdıqda görmək olar ki, Rusiyanın bu
oyunları keçirməkdə məqsədi Xəzərdə hakim güc olduğunu göstərməkdir".
"Tovuzda
baş verən insidentdən sonra Rusiya tonlarla silah və texnikanı Ermənistana
daşıyıb. Bu hadisədən sonra Bakıda Rusiya gəmisinin lövbər salması, bununla
yanaşı Azərbaycanın Xəzərdə Rusiya ilə birlikdə hansısa hərbi oyunda iştirak
etməsi doğru deyil. Bundan imtina etmək lazım idi. İlham Əliyev öz həmkarı V.
Putinə Ermənistana yardım etməsi ilə bağlı kəskin etiraz etməsindən sonra
Rusiya hərbi gəmilərinin Bakıda lövbər salmasına icazə vermək olmazdı. Təəssüf
ki, sərt üzümüzü bu baxımdan göstərmədik".
Əminə Məmmədova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























