• $
  • €
  • ₽
  • ₺
  • £

Yüksək vəzifəyə təyin olunan Vasif Eyvazzadə kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Vasif Eyvazzadə kimdir? – DOSYE
19.08.2020 12:57
Bu gün Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib. 

Anews.az xəbər verir ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

Məlumat üçün bildirək ki, Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə Astara rayonunda anadan olub.  Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2006-cı illərdə bakalavr, 2006–2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2013–2016-cı illərdə Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi ixtisası" üzrə ikinci ali təhsil alıb, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetinin Humanitar Elmlər Fakültəsinin Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun "Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi" ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatiya Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar" üzrə kurslarını, 2019-cu ildə isə SKOLKOVO Moskva Menecment Məktəbinin "Dövlət sektorunda rəqəmsal transformasiyalar və innovasiyalar" kursunu bitirib. 2012-ci ildən AMEA-nın dissertantıdır.

Vasif Eyvazzadə 2006-cı ilin sentyabr–dekabr aylarında Mədəniyyət və Turizm Nazirliyini Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, dekabr 2006–may 2009-cu illərdə isə Mədəniyyət və Turizm Nazirliyini  Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi vəzifələrini icra edib. O, may 2009–yanvar 2010 və iyul 2011–mart 2012-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, mart 2012 – aprel 2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub.

Vasif Eyvazzadə iyun 2018-ci ildən Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri və 2016-cı ildən Azərbaycan Respublikasının İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı üzrə Milli Komissiyasının baş katibidir.  Mədəniyyət Nazirliyində yaradıcı sənayelərin inkişafı üzrə işçi qrupun rəhbəridir. 2018-ci ilin 26 iyun tarixindən Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq qərarı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Koordinasiya qrupunun üzvüdür.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol