Ermənilər yeni ərazilər işğal etmək istəyirlər - AÇIQLAMA

Azərbaycan
Respublikasının işğal altında olan Dağlıq Qarabağ ərazisində olan separatçı
rejimin rəhbəri Arayik Arutyunyan gənclərlə görüşündə növbəti dəfə dövlətimizə
qarşı həyassız və hədələyici bəyanatla çıxış edib.
Deputat Aydın
Mirzəzadənin sözlərinə görə, bu ermənilərin növbəti provokasiyasıdır.
Politoloq
Zaur Məmmədovun fikrincə, isə ermənilər tez-tez Gəncə və Mingəçevirlə bağlı bəyanatlar
verirlər.
Politoloq onu da əlavə edib ki, Ermənistan rəhbərliyi son zamanlar Azərbaycan və Türkiyə arasında artan hərbi əməkdaşlıqdan çox ciddi şəkildə narahatdır.
"Onlar
bilir ki, Azərbaycan və Ermənistan arasında hərbi əməkdaşlıq sonda Ermənistan
dövlətinin çökdürülməsi ilə nəticələcək. Artıq Azərbaycan və Türkiyə tərəfi
Ermənistana xəbərdarlıq da edib. Ümumiyyətlə regionda çox ciddi hadisələr gedir
və bu hadisələri biz kontekstdən keçirməliyik . Son hadisələr onu göstərir ki,
Ermənistan dövləti ərazi və rayonları qaytarmaq iddiasında deyil. Əksinə yeni
rayonları işğal etmək istəyirlər. Belə olan halda Azərbaycanın başqa şansı
qalmır və Xankəndi Azərbaycan hərbiçilərini yaxın zamanda top atəşinə
tutacaq” ,– deyə politoloq bildirib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























