Deputatın qardaşı oğluna cinayət işi açıldı

Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanova cinayət işi açılıb.
Demokrat.az-ın məlumatına görə, Emil Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan olunub.
Emil Əmiraslanovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Şikayət əsasında onun barəsində istintaq araşdırması başlanıb.
Məlumat üçün bildirək ki, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunmuşdu. O qeyd etmişdi ki, 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.
Qalan böyük hissəsini isə borc kimi alaraq, hər ay hissə-hissə, hər dəfə 10 min manat qaytaracağını söz verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























