• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli nəvəsinin toyundan danışdı: "Burada pis nə var axı?"

Hadi Rəcəbli nəvəsinin toyundan danışdı: "Burada pis nə var axı?"
24.08.2020 14:11
Sosial şəbəkələrdə yayılan bir videogörüntüdə Hadı Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə Emin Ağalarova aid "Sea breeze" restoranında toy etdiyi iddia olunub. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu fikirləri səsləndirib: "Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfər "Sea Breeze" restoranında açıq havada yemək yeyiblər. Min nəfər adam orada çörək yeyir. Burada pis nə var axı? Nə mən özüm, nə də ailəm iştirak etməyib. Zəng et, həmin restorandan soruş. Yaxud da dostlarım Hüseynbala Mirələmov və Eldar İbrahimovdan öyrən. Gör, kim olub orada? Bu qədər allahsızlıq olmaz. Mənim adımı heç yerdə çəkməyin. 150 nəfərlik toy olmayıb. Mən bugünkü jurnalistləri bilirəm. Siz bir az allahdan qorxun. Allah cəzalandırır, etməyin. Səhv edib, telefonu götürdüm”.

Daha sonra o, sözlərinə belə davam edib: "İki il bundan qabaq Elgizlə şəhid ailəsinin toyunda iştirak etdiyim fotonu yayıblar. Hazırda istirahətdəyəm, heç bir siyasətə qarışmıram. Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç yerdə çıxış etməmişəm. DİN öz qərarını verib, bu barədə artıq nəsə demək istəmirəm. Bir az mənə imkan verin, istirahət edim, nə olar”. 

P.S. Baxmayaraq ki, Hadi Rəcəbli bizdən bu açıqlamanın yayılmamasını istəsə də, hazırkı jurnalistikanı Allahsız adlandırıb, kiçiltdiyi üçün sizə təqdim edirik. 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol