• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNAT
24.08.2020 15:24
Kürdəmir Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Daxili İşlər naziri  Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Anar Əliyev Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

A.Əliyev buna qədər Saatlı RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polovnik-leytenant Səfər Nuriyev bir müddət əvvəl DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə rəis müavini təyin edilib.

Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol