Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı

Siyavuş Novruzovun adı Yeni Azərbaycan Partiyasının rəsmi saytında icra katibliyi siyahısından çıxarılıb.
Anews.az xəbər verir ki, hazırda sözügedən siyahıda bu şəxslərin adları var:
Sədr müavini - icra katibi Əli Əhmədov,
İcra katibinin müavini - Mübariz Qurbanlı,
Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri - Aydın Mirzəzadə,
Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Sevinc Fətəliyeva, mətbuat xidmətinin rəhbəri - Hüseyn Paşayev,
Maliyyə təsərrüfat şöbəsinin müdiri - Mahir Abbasəliyev,
Sosial media qrupunun rəhbəri - Ramil Vəlibəyov,
Gənclərlə iş qrupunun rəhbəri - Elmar Məmmədov,
Qeyd edək ki, avqustun 18-də Ramiz Mehdiyevin nəvəsinin toyuna gedərək karantin qaydalarını pozan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov məsələ ictimailəşəndən sonra istefa verib. Bu gün isə hakim partiya Siyavuş Novruzovun istefasını qəbul etdiyini açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























