Tofiq Yaqublu barəsində həbs qərarı verən hakim Ramiz Mehdiyevin qardaşı oğludur – DOSYE

Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun Nizami rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarına hakim Nəriman Mehdiyev sədrlik edir.
Məlumat üçün qeyd edək ki, Nizami rayon Məhkəməsinin hakim Nəriman Hüseynqulu oğlu Mehdiyev üçün Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşının oğludur.
1965-ci ildə anadan olan Nəriman Mehdiyev 1995 – 2002-ci illərdə Naxçıvan MR DİN Şərur rayon Polis şöbəsinin post-patrul xidməti rotasında polis nəfəri, sahə inspektoru, əməliyyat müvəkkili və baş inspektor olaraq çalışıb. 2001-ci ildə - 36 yaşında Dövlət İdarəçilik Akademiyasının "Hüquq” fakültəsindən məzun olub. 2002 – 2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsi "Yalama" SNM-də bölmə rəisi, Göytəpə Sərhəd Dəstəsi "Biləsuvar" SNM-nin rəisi vəzifələrində işləyib. 2006 – 2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin Bakı Sərhəd Nəzarəti Dəstəsinin Dəniz SNŞ-də şöbə rəisi, Sahil mühafizəsinin mərkəzi şöbəsinin rəisi olub. 2015 – 2018-ci illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məsləhətçi, 2018 – ci ildən etibarən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifələsində çalışır.
Onu da qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci ildə Bakı şəhərində anadan olsa da, əslən Şərur rayonun Qarxun kəndindəndir. Ramiz Mehdiyev uşaqlıq illərini də Qarxun kəndində keçirib. Ramiz Mehdiyevin atası Mehdiyev Ənvər Hüseynqulu oğlu 1942-ci ildə Birinci Dünya Müharibəsi zamanı həlak olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























