• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar istirahət vaxtını harda və necə keçirir?

Deputatlar istirahət vaxtını harda və necə keçirir?
26.08.2020 16:21
Artıq yay fəslinin son günlərini yaşayırıq. COVİD-19 pandemiyası ilə əlaqədar əvvəlki illərlə müqayisədə bu il insanların istirahət planları demək olar alt-üst oldu. Maraqlıdır Milli Məclisin deputatları bu yay necə istirahət edib? 
 
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev anews.az-a bildirib ki, istirahətini əsasən  Lənkərandakı seçiciləri ilə keçirib.
 
"Həftədə bir dəfə Lənkərana getmişəm. Görüşlər keçirmişəm. Lənkərana gedəndə həm istirahət edirəm, həm iş görürəm. Seçicilərimin internetlə bağlı əlaqəsi zəif olduğu üçün canlı görüşlərə üstünlük vermişəm. Lənkəranda tarixi yerlər çoxdur. Arada elmlə məşğul oluram. Univesitetlə əlaqə saxlıyıram. Bir sözlə istirahətim bu formada keçib”.
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə məzuniyyətini Bakıda keçirdiyini bildirib.

"İyul ayının 15-dən məzuniyyətə çıxmışıq. Məzuniyyətə çıxmağıma baxmayaraq əvvvəlki qaynar iş rejimində işləmişəm. Jurnalistlərlə intensiv işləyirəm.. Müsahibələr verirəm. Çox fəal həyat tərzi keçirirəm. Proseslər sürətlə inkişaf edir. Mövzulara zamanında həm vətəndaş, həm də deputat kimi fikir bildirmək lazım gəlir”.

 
 
Deputat Aydın Mirzəzadənin sözlərinə görə isə istirahət vaxtını daha çox mütaliəyə ayırır.
 
"Bakıda olmuşam. Karantin rejiminə əməl etdim. Eyni zamanda seçildiyim Mingəçevir şəhəri ilə sıx əlaqədə oldum. Problemləri ilə maraqlandım. Dörd dəfə online görüş keçirdim. Mətbuata müsahibələr verdim. İngilis dili səviyyəmi biraz təkmilləşdirdim. İnternetdə çoxlu kitablar oxudum. Kitabxanamı zəngin köhnə kitablarla zəngiləşdirdim. Yaşı 100-dən yuxarı kitablar əldə etdim. Milli Məclisin qarşıda gələn payız sessiyası üçün bir neçə təkliflərlə çıxış edəcəm”.
 
Deputar Sabir Rüstəmxanlı isə istirahət etməyi ehtiyac duymayıb.

"İstirahət vaxtımda heç bir kənar yerə getməmişəm. Düşünürəm ki, respublika daxilində qalmaq da olar. Biraz psixoliji sıxntı var ama istirahətim adi keçib. Kənara getməyə ehtiyac durmamışam”.
 
Deputat Fazil Mustafa istirahət dövrünü çoxlu kitab oxumaqla keçirib.

"İstirahəti Bakıda keçirmişəm. Çoxlu kitablar oxumuşam. Dənizə getmək icazəsi veriləndən sonra dənizə getmişəm. Arada bir futbol oynuyuram. Sistemimiz pozulub. Konkret işlə məşğul ola bilmirik”.
 
Millət vəkili Etibar Əliyev isə istirahət vaxtını yarımçıq qalmış kitabının çapına həsr etdiyini bildirib.

"İstirahət dövründə tarixi kitabımı çapa hazırlamışam. Əsasən mütaliə ilə məşğul olmuşam. Vaxt azlığından xeyli kitablar, bir neçə əsərlər vardı hansı ki, 5-10 ildən sonra qayıtmaq lazımdır. Onları oxumuşam. Demək olar ki, istirahət etmədim. Rayonlara gedə bilmədim. Ümid edirəm növbəti illərdə istirahət edə bilərik”.

 
Gülnar Nazımqızı
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol