• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya səhvini anladı: Azərbaycana tam dəstək - Müharibə olarsa...

Rusiya səhvini anladı: Azərbaycana tam dəstək - Müharibə olarsa...
28.08.2020 20:20
"Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq etməyə maraqlıdır və arada olan müəyyən soyuqluq onları narahat edir".
Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakı səfərini şərh edərkən deyib:
"Qonşuluq və müttəfiqlik siyasətində əlbəttə ki, müəyyən qədər gərginlik, narazılıq və problemlər yaşanır. Bununla bağlı tərəflərin vaxtaşırı yüksək səviyyədə qarşılıqlı görüşləri, səfərləri baş tutur. Bu görüşlərdə yaranmış problemlər, gərginliklər müzakirə edilir və həllinə dair təkliflər irəli sürülür.
Əslində Azərbaycan tərəfi istər Tovuz hadisələrində, istərsə də ondan sonrakı müddətdə Rusiyaya qarşı hər hansı bir addım atmayıb. Lakin biz Rusiyanın strateji tərəfdaşlığa zid, təhlükəli hərəkətlərinin şahidi olduq. Bu da sadə məsələ olmadığı üçün dövlət başçısı İlham Əliyev həmkarı V. Putinə müraciət etdi və bütün narazı məqamları onun diqqətinə çatdırdı.
Həmin telefon zəngindən sonra Rusiya Müdafiə naziri Serqey Şoyqu Azərbaycana səfər etdi və ölkə başçısı ilə görüşdü. O, Prezident İlham Əliyevlə görüşündə ölkəsinin atdığı addımların səhv olduğunu və bundan sonra Rusiyanın Azərbaycanın maraqlarına toxunan, ərazi bütövlüyünü şübhə altına atan hər hansı bir addımın atılmasına imkan verməyəcəyini bildirdi”.
Politoloq Azərbaycanın Rusiya ilə gələcəkdəki əlaqələrinin formasında dəyişiklik olacağını da deyib: 
"Hesab edirəm ki, keçmişlə bağlı artıq o qədər də dərinə getmək lazım deyil. Təbii ki, olanlar olub, bunu unutmaq olmaz, amma indiki məqamda daha çox irəli baxmaq lazımdır. Rusiya ilə əlaqələri elə qurmaq lazımdır ki, onlar Azərbaycanla ikili oyun oynamağın mümkün olmadığını anlasınlar".
Rusiya bu günə qədər Azərbaycanla olan münasibətlərindən sui-istifadə edirdisə, bundan sonra rəsmi Bakı buna imkan verməyəcək. Azərbaycan-Rusiya münasibətləri region üçün böyük bir rol oynayır.
Ümumiyyətlə, Azərbaycan indi 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü ordusu, düzgün xarici siyasəti var. Bizimlə hər hansı bir ölkə müttəfiqlik etmək istəyirsə, bunu şəffaf şəkildə etməlidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol