Dağlıq Qarabağın azərbaycanlı icmasından Qubadlının işğalı ilə bağlı BƏYANAT

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
"1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100 nəfərdən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib. Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, "Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda "Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























