Prokurorluq məlumat yaydı

Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Arzu Ağalarovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olUB.
Bu barədə Anews.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Aparılmış araşdırmalarla Tahir Əlyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Arzu Ağalarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























