Şri-Lanka vətəndaşları ölkələrinə göndərildi

COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda qalan 69 Şri-Lanka vətəndaşı ölkələrinə göndərilib.
Bu barədə Anews.az-a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Miqrantlar kömək üçün BMqT-nin yerli nümayəndəliyinə müraciət ediblər.
BMqT-nin əməkdaşları mənfi COVID-19 test nəticələrini təsdiqləyən tibbi arayışları, şəxsi qoruyucu vasitələr olan üz maskaları və əlcəkləri hava limanında miqrantlara təhvil verərək onları vətənlərinə yola salıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























